Əsas Səhifə > Siyasət, Manşet > İki nazir, bir neçə komitə sədri haqda siyasi qərar verilib
İki nazir, bir neçə komitə sədri haqda siyasi qərar verilib23-06-2015, 10:17 |
Son aylar Qərb dairələri ilə ciddi sıxıntılar yaşayan Azərbaycan iqtidarı Avropa oyunlarından sonra hakimiyyət daxilində ciddi slahatlara başlayacağı gözləniləndir. Bu islahatlar həm iqtidarı möhkəmləndrmək, həm də ictimai rəyi sakitləşdirmək məqsədini daşıyacaq. Bunun artıq qaçılmaz olduğu ortadadır. 2013 preziddent seçkiləri ərəfəsində baş verənlər və bundan sonra iqtidarda mərkəzdənqaçma meyllərinin hiss olunması belə sərt dəyişiklikləri labüdləşdirir. Mia.az xəbər verir ki, dəyişikliklər əsasən Rusiyadakı «Milyarderlər ittifaqı» ilə şübhəli əlaqələrdə bilinən bəzi iri rananqlı məmurlar və xalqın kəskin narazı olduğu əksər məmurları əhatə edəcək: «Hesab edirəm ki, parlament seçkilərinədək iqtidar ən azı iki nazir, bir neçə komitə sədri, xeyli icra başçıları ilə yollarını ayıracaq. Sözsüz ki, bu zaman həmin məmurların «çətir»i altnda olan xeyli vəzifəli şəxslər də tədricən vəzifələrini itirəcəkldər». Məlumatlı şəxs deyir ki, vəzifəsini itirəcək nazirlər arasında nəqliyyat naziri Ziya Məmməddovun adı öndə gəlir: «Ziya Məmmədovun bir sıra səbəblərdən vəziyyəti ürəkaçan deyil. Artıq hakimiyyət dairələrində onunla bağlı mövqelər qətiləşib. Daha Ziya Məmmədova əvvəlki kimi etimad və etibar edilmir. Xüsusiylə onun Moskavadakı iş adamları ilə şübhəli dostluğu vəziyyəti ciddiləşdirib. Bu səbəbdəndir ki, son iki il ərzində o, mövqelərini ciddi şəkildə itirib və bu proses sürətlə də davam etdirilir. Görünür, iqtidar 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovla sabiq nazir Fərhad Əliyevin qəfil həbsindən acı təcrübəni unutmayıb. Ona görə də bu dəfə «vurulacaq» və sonradan istintaqa cəlb olunması istisna olunmayan məmurlarla bağlı daha tədbirli və uzunmüddətli planı sınaqdan çıxarır. Düşünürəm Ziya Məmmədov həmin planın ilk sırasında gələn iri çəkili məmur olacaq». Müsahibimiz nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu, "Transqeyt” MMC-nin rəhbəri Rövşən Məmmədov "Atletlər kəndi”ndəki qəza ilə bağlı istintaqa çağırılma xəbərinin də təsadüfi olmadığını deyir: «Bir neçə gün əvvəl yayılan məlumatda bildirilir ki, Rövşən Məmmədovla yanaşı, Nəqliyyat Nazirliyinin bir neçə işçisi də qəza ilə bağlı dindirilib. Təbii ki, bu hadisələr və oğlu Anar Məmmədovun ətrafında cərəyan edən proseslər də göstərir ki, Ziya Məmmədovla bağlı böyük ölçüdə siyasi qərar verilib». Məlumatlı şəxsin sözlərinə görə, seçki ərəfəsində digər bir neçə iri ranqlı məmurlarla bağlı qərar veriləcək: «Düzdür, onların bəzilərinin yerləri dəyişdiriləcək. Ziya Məmmədovla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarovu da vəzifəsindən alacaqlar. Xüsusiylə sabiq səfir Arif Məmmədovun son məlum hərəkətlərindən sonra Elmar Məmmədyarovun vəzifədə saxlanılacağı da mümkünsüz görünür. Bundan sonra isə XİN-də ciddi dəyişikliklərin aparılacağı haqda dolaşan xəbərlər öz təsdiqini tapacaq...». Geri qayıt |