Əsas Səhifə > Siyasət, Manşet > Nazir müavini deyənlər yalan çıxdı

Nazir müavini deyənlər yalan çıxdı


11-06-2015, 09:26
Nazir müavini deyənlər yalan çıxdı
Hazırda, respublikamızın əksər bölgələrində olduğu kimi, Muğanda da taxıl biçininin qızğın çağıdır.

Müstəqilliyin ilk illərində bu işlə kənddə yaşayan, torpağa bağlı adamlar məşğul idisə, zaman keçdikcə nazirlərimiz, deputatlarımız da əkinçilik texnologiyasını mənimsədilər.

“Əkinçilik texnologiyası” deyəndə biz heç də peşə sirlərini nəzərdə tutmuruq. Sağlam rəqabət mühiti olmayan ölkədə “bərkgedən” əkinçi olmağın 2 şərti var: xeyli miqdarda əkin yerlərini ələ keçirmək, bir də sərəncamında texnikanın olması. Elə ki, taxılçılıqda məmur sahibkarlığı başladı, sadə kəndli texnika tapıb zəmisini biçdirməkdə çətinlik çəkdi. Çünki olan texnikalar biçinin əvvəllindən ta sonunadək səlahiyyət sahiblərinin ucu-bucağı görünməyən sahələrindən çıxa bilmirdi.

Belə yerdə 1-2 hektar sahəsi olanların karına sovetlər dönəmindən qalma, sınıq-salxaq “kombay”lar gəlirdi.

Hökumət çatışmazlığını aradan qaldırmaq naminə son 2 ildə ölkəyə yeni kombaynların gətirilməsi üçün büdcədən xeyli vəsait ayırıb.

Telekanalları xalqı müşdələyir ki, bəs qədər texnika var.

İyunun 6-da Kənd Təsərrüfatı Nazirliyinin taxıl biçininin təşkili ilə bağlı Saatlı şəhərində keçirdiyi müşavirədə də bu fikir səsləndi. Rəsmilər yenə də dövriyyəyə bu yalanı buraxıblar ki, bəzi fiziki şəxslərin də kombaynı var. Amma həmin kombaynların istismara yararlı olub-olmağı barədə danışılmır.

Əslində real vəziyyət necədir?

Bu il Salyan rayonunda 19 600 hektar sahədə taxıl əkini aparılıb. Ötən il bundan xeyli az əkilmişdi. Amma rayonda yerləşən “Aqrolizinq” filialının tabeliyində ötən il işlək vəziyyətdə 17 ədəd taxılbiçən vardısa, cari il onlardan cəmi 9-u qalıb. Bu 9 kombayn da hazırda məmur sahələrində biçin aparır.

Əgər 1 kombayn gündə ən çoxu 10 hektar sahədə biçin aparsa, bu hesabla 9 kombaynla bir gündə 90, 10 gündə 900, 1 ayda isə 2700 hektar zəmi biçə bilər.

İndi görün şəxsi texnikaların üzrərinə nə qədər yük düşür! Bu gərgin vəziyyətdə sadə kəndliyə növbə çata, ya çatmaya. Onda da sünbül üstdə dən qala, ya qalmaya.

Ən acınacaqlı vəziyyət Nefçala rayonunda yaranıb. Buradakı kombaynlar Haramı düzünə “transfer” edilib. Sadə kəndlilər bir neçə hektarlıq əkin sahələrindəki taxıl zəmisini biçdirmək üçün qonşu rayonlarda texnika axtarışındadırlar.

Texnika çatışmazlığı ucbatından hər il məhsulun bir hissəsi itkyə geir, daha xeyli hissəsi isə keyfiyyətini itirir.

Salyanda bir fermerin başına gələn əhvalat gecikmənin (eyni zamanda köhnə kombayın) gətirdiyi anormal halı ortaya qoyub.

Belə ki, kəndli ötən il pay torpağında arpa yetişdirib. Biçin gecikdiyindən dənlərin xeyli hissəsi tökülüb torpağa qarışıb. Yeri şumlayıb və ona yonca toxumu səpib. Amma bu il ötən ildəkindən də çox arpa məhsulu götürüb.

Ortada işin təəccüblü məqamları var. Məsələn, çox hormətli ağsaqqalın birnin yeznəsi 1000 ha sahəni qamarlayaraq ələ keçirib, ora su da çəkdirib. Sonra torpağın mülkiyyətçisi kimi çıxış edərək ərazinin 1 hektarını 40 manatdan özündən bir az “balaca”lara icarayə verib. Onlar da öz növbələrində həmin torpaqda arpa əkiblər. Amma bu qədər imkan sahibləri 1 ədəd də olsun kombayn almayıblar.

Kənd adamları kombayn çatışmazlığında dövlət orqanları ilə yanaşı, bələdiyyələri də günahkar bilir.

Əhalidən vergi toplayan, xalq əmlakına sərəncam verən, yerli əhəmiyyətli problemlərin çözülməsinə məsul olan bu qurum niyə də əhalinin ümumi istifadəsi üçün texnika almasın?

Axı onun dəyəri hər il hissə-hissə geri qayıda və sonda gəlir gətirə bilər. Deyəsən bu xəmir hələ çox su aparacaq… infom.az

Nazir müavini deyənlər yalan çıxdı
Nazir müavini deyənlər yalan çıxdı

Geri qayıt