Əsas Səhifə > Siyasət, Manşet > Siyavuş Novruzov nazir postuna hazırlaşır
Siyavuş Novruzov nazir postuna hazırlaşır10-06-2015, 08:48 |
Yeni Azərbaycan Partiyasında iyul ayında ciddi dəyişikliklər gözlənilir. Partiya rəhbərliyinə gənclərin gətirilməsi planlaşdırılır. Söhbət sədr müavinlərindən yox, operativ idarəetmə strukturu olan icra katibliyindən gedir. Bu barədə “istiqlal.az”-a YAP-dakı mənbələrdən məlumat daxil olub. Mənbə deyir ki, YAP-ın icra katib Əli Əhmədov baş nazirin müavini, icra katibinin müavini Mübariz Qurbanlı isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri təyin edildikdən sonra operativ rəhbərlik icra katibinin müavini Siyavuş Novruzovun üzərinə düşüb. S.Novruzov bu missiyanın öhdəsindən gəlsə də, YAP-ın rəhbərliyinin yeniləşməsinə ehtiyac yaranıb. Yaxınlara S.Novruzovun nazir təyin ediləcəyi, ardınca isə partiyaya yeni icra katibi və onun müavinlərinin təyinatı gözlənilir. Mənbə bildirir ki, bu həm də YAP-ın seçki hazırlıqlarının tərkib hissəsidir. İcra katibi və onun müavinləri parlament olan YAP fraksiyasına rəhbərlik edir. Hazırda Ə.Əhmədov və M.Qurbanlı hökumətdə təmsil olunduqları üçün Milli Məclisdən istefa veriblər.Bu da YAP-çı deputatların idarə olunmasında müyyən çətinliklər yaradır. Yeni rəhbərlik isə dövlət məmuru olmayan şəxslərdən ibarət olacaq ki, bu məsələlərə diqqət ayıra bilsin. Bununla belə mənbə S.Novruzovun hansı nazir postu tutacağına aydınlıq gətirməyib: “Bu prezidentin səlahiyyətinə aid olan məsələdir”. Geri qayıt |