Əsas Səhifə > Siyasət, Manşet > Sumqayıtda hətta dövlətin çay standartı da pozulur...

Sumqayıtda hətta dövlətin çay standartı da pozulur...


8-06-2015, 10:14
Sumqayıtda hətta dövlətin çay standartı da pozulur...
Bildiyiniz kimi qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Bəs görəsən ölkənin böyük şəhərlərindən biri olan gənclər şəhəri Sumqayıtın dənizkənarı restoranlarında bu sarıdan vəziyyət necədir? Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə, mütləq göstərilən “qaynar xətt” nömrələrinə zəng etmək lazımdır.Elə bu fikri əsas tutaraq yollandıq Sumqayıt şəhərinin daxilində və dənəzkənarı istirahət parkında fəaliyyət göstərən restoranlara və kafelərə. Nəzərə alsaq ki, Sumqayıt əsasən fəhlə şəhəridir və əhalinin maddi durumu paytaxtla müqayisədə o qədər də yüksək deyil düşünmək olar ki, qiymətlər də nisbətən ucuz olmalıdı.Lakin çayın qiyməti ilə maraqlananda bu meyarın nəzərə alınmadığının şahidi olduq. Məsələn, başlayaq Sumqayıtın mərkəzində,3- mkr-da yerləşən “Shaurma N1″ restoranından.

Burada sadə çay 3 manat ,gündəmi çalxalayan mürəbbəli çay isə 5 manat təşkil edir. Qafqaz Xəbər Agentliyi bildirir ki, şəhərin mərkəzindən dənizkənarına- Nəsimi adına parka doğru getdikcə qiymətlər ucuzlaşmaqdansa bahalaşır.Beləki “Çənlibel” restoranında sadə çay 5 manat ,ofisiantların diliylə desək çay dəstgahı isə, çayın yanında əlavələrə görə 5-20 manat arası dəyişir.Maraqlıdır ki, orta sumqayıtlının büdcəsinə o qədər də uğun gəlməyən sanballı sayılan restoranların çoxunda qiymətlər yüksək olsa da elementar pulsuz “Wi-Fi” olmur, “Wi-Fi” yazılan yerlərdə isə , o bir qayda olaraq işləmir, həmin elan yalandan reklam kimi ,müştəriləri cəlb etmək üçün saxlanılır.

Nəsimi parkında yerləşən digər yerdə- “Qala” restoranında isə ümumiyyətlə sadə çay anlamı yoxdur.Mürəbbələrin növünə görə və əlavə şirniyyatlarla çay dəstgahının qiyməti 3- 20 manat arasında dəyişir. Burada yerləşən “Park” restoranda da həmçinin sadə çay verilmir,çay dəstgahının qiyməti isə 6 manatdan başlayır. Burada bir maraqlı fikir yaranır,çay dəstgahına imkanı çatmayan ailə nə etməlidir?! Nəzərə almaq lazımdır ki, yay fəsli istirahət mövsümüdür və Nəsimi parkı da sumqayıtlıların ən çox üz tutduğu böyük və sevimli məkandır. Belə çıxır parkda istirahət etmək istəyən ailələrin bir çoxu imkanları çatmadıqlarıına görə asudə vaxtını çayını evində oturub içməklə keçirtmək məcburiyyətindədir? Düzdür Sumqayıtda “çayniki” 1-2 manat çayxanalar da kifayət qədərdir,ancaq bu çayxanaların çoxu “ailəvilik” deyil. Beləki, bu tip çayxanaların əksəriyyətində şərait yaxşı deyil,anrisanitariya ,səs-küy hökm sürür. Əsəsən domina,nərd oynayanların yığışdığı siqaret çəkldiyi,keyfiyyətli xidmətin yerli -dibli olmadığı bu yerlər o qədər də ürəkaçan deyil. Sumqayıtda fəaliyyət göstərən kafe, restoran sahiblərinin təyin etdikləri baha qiymətlərə görə onları günahlandırmağa haqqımız yoxdur.Ən azından sahibkardırlar ,öz şəxsi restoranında,kafesində öz istədiyi qiymətləri müəyyən etməyə haqqı var.Lakin Sumqayıt üzrə iaşə obyektlərinə kim nəzarət edir və necə nəzarət edir ?Artıq bu aktual məsələ sual altındadır…

Geri qayıt