Əsas Səhifə > Siyasət, Manşet > Oliqarx-biznesmenlərin ardından oliqarx-məmurlar hədəfə çevrilir...
Oliqarx-biznesmenlərin ardından oliqarx-məmurlar hədəfə çevrilir...28-05-2015, 10:30 |
Dövlət rəhbərliyi qarşısındakı məsuliyyətini kommersiya maraqlarına dəyişən məmurların cəzalandırılması prosesinin genişlənməsi cəmiyyətdə çox böyük müsbət effekt yaradıb. Aydındır ki, məmur özbaşınalığına qarşı mübarizə sosial sifariş kimi qiymətləndirilir. Bu mübarizədə müsbət nəticələrin əldə edilməsi üçün yüksək dövlət rəhbərliyi tərəfindən səlahiyyətli orqanlar qarşısında ciddi vəzifələrin qoyulduğu barədə məlumatlar əldə etmişik. Vertikal.az bildirir ki, oliqarx-biznesmenlərin ardından artıq icra başçılarının şəxsi kommersiya maraqlarına dair dosye hazırlandığı barədə tapşırıqlar verildiyi üzə çıxıb. Əlbəttə, bu barədə məlumatlar zaman-zaman vahid bilgi sistemində toplanıb. Lakin müəyyən mərhələdə ayrı-ayrı oliqarxların məsələyə müdaxiləsi nəticəsində diqqətdən yayındırılıb. Prosesin artıq dövlət başçısı səviyyəsində nəzarətə götürülməsi məsələnin ciddiliyindən xəbər verir. Bunu yaxın gələcəkdə bütün cəmiyyəti şoka sala biləcək kadr islahatlarına hazırlıq kimi də qiymətləndirmək olar. Əldə etdiyimiz məlumata görə bütün fəaliyyətini şəxsi kommersiya maraqları üzərində qurmuş bir çox rayon rəhbərləri xəbəri təşvişlə qarşılayıb. Bəzi icra başçılarının öz biznesini artıq təlaş içərisində yaxın qohum-əqrəbasının adına formalaşdırıdığı barədə bilgilər də az deyil. Lakin prezidentin xüsusi tapşırığını yerinə yetirən müvafiq strukturların öz vəzifəsini yüksək professionallıqla həyata keçirməsi bu çabaları sıfra endirib. Qeyd edək ki, vəzifədən uzaqlaşdırılacaq icra başçıları sırasında Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Qulliyevin də adı hallanır. Mahmud Quliyevin 15 ilə yaxın rəhbərlik etdiyi qaçqın rayonda özünə belə deyək, "kiçik imperiya" yaratmasından narazılıq edən cəbrayıllıların əsas iradı məhz dövlət büdcəsinin vəsaitlərinin başçıya məxsus kommersiya qurumlarının bu və ya digər yolla transfer edilməsi, onların hüquqlarına biganə yanaşılması və digər neqativ proseslərlə bağlıdır. İcra başçısının qanuna zidd əməllərindən müxtəlif dövlət qurumlarına, eyni zamanda mətbuata şikayətlər vermiş vətəndaşlara qarşı məhkəmə davası açan Mahmud Quliyev isə dəfələrlə bu yolla əleyhdarlarını susdurmaq qərarına gəlib. Lakin istəyinə bütünlüklə nail ola bilməyib. Mahmud Quliyev "Binə" ticarət mərkəzindəki biznesi və digər əhəmiyyətli kommersiya obyektləri ilə tanınır. Maraqlıdır ki, Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən "Elmed" tibb mərkəzinin qeyri-rəsmi sahibliyi də icra başçısının adına çıxılır. Cəbrayılın başçısı paytaxtın mikrorayonlarından birində, əhalinin gur yaşadığı yerdə fəaliyyət göstərən topdansatış ərzaq və digər ticarət obyektləri şəbəkəsinə də malikdir. Həmin ticarət obyektlərində maraqlıdır ki, valyuta mübadiləsi məntəqələri də fəaliyyət göstərir. Bu obyektlərin başçı tərəfindən yaxın çevrəsinə aid şəxsin idarəsinə verildiyi barədə məlumat var. Son bir neçə ildə Mahmud Quliyevin artıq tikinti biznesinə girişdiyi barədə söz-söhbətlər də dolaşır. Cəbrayıllı qaçqınlar isə üzləşdikləri problemlərin həllində icra başçısının maraqlı olmadığı qənaətindədir. Mahmud Quliyevin "Dövlətqaçqınkom"da mənzil istismar departamentinin direktor müavini işləyən qardaşı Qulu müəllim sözügedən obyektlərin fəaliyyətini tənzimləyir. Əlbəttə, əldə etdiyimiz bu məlumatlardan PA dəhlizlərindəki müvafiq strukturların da xəbərdar olduğuna ehtimal var. Dayanıqlı mənbəmiz qeyd edir ki, icra başçısının obyektlərinin əlindən alınacağı gözlənilən ciddi tədbirlərdən birincisi ehtimaldır. Bu baxımdan, Mahmud Quliyevin vəzifədən kənarlaşdırılması, ola bilsin ki, ciddi cəzalandırılması məsələsinin gündəmə gəlməsini məntiqi ardıcıllıq kimi qiymətləndirmək olar. Geri qayıt |