Əsas Səhifə > Siyasət, Manşet > Yerli məmurlar Masallı sakinlərini işıqla sınağa çəkirlər...
Yerli məmurlar Masallı sakinlərini işıqla sınağa çəkirlər...8-05-2015, 09:09 |
Masallı camaatının elektrik enerjisinin verilməsi məsələsində heç bəxti gətirmir. Rayon Elektrik Enerjisi Satışı İdarəsinin rəhbərliyini kəmfürsət fəaliyyəti nəticəsində artı bir həftədir Masallının kəndlərinə verilən elektrik enerjisi günlük 5-6 saata endirilib. JAM.AZ-a verilən məlumatda deyilir ki, idarə rəhbərliyi kənd camaatını qaranlıqda saxlamaq üçün bəhanə də tapıb. Və bunu elektrik enerjisinə qənaətlə izah edirlər. Hərçənd idarərəhbərliyi onu da etiraf edir ki, bu “qənaət” məsələsi də səbəbsiz deyil. Ona görə ki, onlardan da olimpiada üçün pul yığılıb və bu kiçik rəqəmlə ifadə olumayıb. Həmin pulu toplamaq üçün də əhalini qaranlığa qərq etmək məcburiyyətində qalıblar. Geri qayıt |