Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümovun nəzarəti altında sosial yardım necə paylanılır

Səlim Müslümovun nəzarəti altında sosial yardım necə paylanılır


30-04-2015, 16:00
Səlim Müslümovun nəzarəti altında sosial yardım necə paylanılır
Nazir təyin edildikdən bir neçə gün sonra mətbuat önünə çıxaraq Azərbaycan ictimayyətinə və mediayaya müraciət edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dəstək istəmişdi. Nazirin istədiyi dəstək isə daha çox ondan ibarətdir ki, ünvanlı sosial yardım alanlarla bağlı olaraq yerli əhali aktiv olsun. Nazir ölkə boyunca sosial yardam alanların siyahılarının nazirliyin rəsmi internet saytında yerləşdiriləcəyini də vəd etmişdi. Doğrudur ki, nazirin verdiyi vəd dərhal yerinə yetirildi. Lakin çox qısa zamanda siyahıların yenilənməsi prossesi dayandı. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, əslində nazirliyin yerli idarələrində ÜSY təyin edilən vətəndaşların sayı ilə nazirliyin rəsmi saytındakı say təmamilə fərqlidir. Məsələn rəsmi saytda Abşeron rayonu üzrə yardım alanların ilkin siyahısındakı 100 nəfərdən yalnız 8 nəfərə ÜSY təyin olunub. Lakin nazirliyin Abşeron rayonundakı şöbəsinin dəhlizində asılmış lövhədə 2015-ci ilin mart aprel aylarında yardım təyin edilənlərin sayı 34 nəfərdən çoxdur. Hər halda bum əqam kifayət qədər əhəmiyyətlidir. Nazirliyin rəsmi saytının müvafiq olaraq yenilənməməsi prossesi mühim bir məqamdan xəbər verir.

NAZİRLİYİN RƏSMİ SAYTI BU LİNKDƏ

Səlim Müslümovun "mütərəqqi islahatı" niyə yarımçıq qaldı?

GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, əslində bu yerli idarələrinin müvafiq olaraq tabe olduqları yuxarı instansiyalarla razılaşması əsasında ortaya çıxır. Bu faktı bizə şərh edən nazirlikdəki etibarlı mənbəmiz olduqca ilginc məqamlardan danışdı. Yerli idarələrdəki yardım təyinatına dair informasiyaların tam olaraq nazirliyin rəsmi saytına yerləşdirilməməsinin əsas səbəbi maxinasiyadır. Mənbəmiz deyir ki, nazir saytdakı siyahılara baxaraq yerli əhalinin yardım alanların hansının buna layiq olduğunu müəyyən etməkdə onlara yardım etmələrini istəmişdi. Lakin yerli şöbələr layiq olmayan vətəndaşlara hansısa «razılaşma» əsasında yardım təyin edirlər. Bunu ictimayyətdən gizlətmək üçünsə, yerli idarələrdə təyin olunan yardım alanların siyahısı gerçəkdən yardım düşənlər və yardım düşməyənlərə bölünür. Nəticə etibarilə də reallıqda yardım almalı olmayanların adı gizli saxlanılır.

GUNDEMİNFO.AZ əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarələrində daha bir ilginc faktla rastlaşıblar. İdarələrin dəhlizlərində asılmış ÜSY alanların siyahısı 8-lik olan çox kiçik şriftlərlə çap edilib. Həm də divarlardan asılmış siyahlara baxmaq üçün adamın ən azı 2.5 metr boyunun uzunluğu olmalıdır ki, azı 150 nəfərin adını yuxarıdan aşağıya oxuya bilsin. Bu faktla bağlı nazirliyin də mövqeyini öyrənməyə çalışacağıq.

Geri qayıt