Əsas Səhifə > Siyasət, Manşet > İlham Mustafayev nədən nazirlikdəki vəzifəsini sakitcə tərk edəsi olub
İlham Mustafayev nədən nazirlikdəki vəzifəsini sakitcə tərk edəsi olub29-04-2015, 09:12 |
Ötən günlərdə xəbər vermişdik ki, Təhsil Nazirliyində «pul kisəsi» olaraq tanınan bəzi şəxslər var və onlardan biri də xeyli müddət ali və orta ixtisas şöbəsinin müdiri işləmiş, yeni nazirin gəlişindən sonra isə elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini təyin edilmiş İlham Mustafayevdir. JAM.AZ xəbər verir ki, sözügedən şəxsin adı dəfələrlə «tələbə köçürmələri», dolayı yolla tələbə qəbulunun həyata keçirilməsi və digər məsələlərə qarışıb. Bundan əlavə, onun iri biznesə malik olmasına dair də xeyli bilgilər var. Həmin xəbərlərdə vurğulanır ki, İlham Mustafayevin hazırda Bayıl qəsəbəsində «Qızıl Balıq» adlı restoranı, bir neçə çay evləri fəaliyyət göstərir. Onun həmçinin Gürcüstanda villası, restoranları və kiçik otelinin olduğu da deyilir. Amma Təhsil Nazirliyinin «pul kisəsi» olaraq tanınan sözügedən şəxslə bağlı yeni bir məlumat ortaya çıxıb. İlham Mustafayevin yaxınlarının JAM.AZ-a verdiyi məlumatda deyilir ki, şöbə müdirinin müavini uzunmüddətdir Azərbaycanda deyil və hazırda xarici ölkələrdən birində müalicə alır. Onun yaxınları müdir müavininin konkret olaraq hansı ölkədə qərarlaşdığı barədə məlumat verməyib. Amma ehtimal olunur ki, bu ölkə Gürcüstandır. Həmçinin qeyd olunur ki, Mustafayev təhsil naziri Mikayıl Cabbarova işdən çıxması barədə ərizə ilə müraciət edib. Lakin həmin ərizənin aqibətinin necə olduğu barədə heç bir bilgi yoxdur. Və ərizədə əsas arqument kimi səhhətində problem olması göstərilib. Ardından isə ölkəni tərk edib. Amma bəzi bilgilərə görə, İlham Mustafayevin istefa ərizəsi yazmasına heç də səhhəti səbəb olmayıb. JAM.AZ-a daxil olan məlumata görə, sözügedən şəxsin işdən çıxmaq üçün atdığı addım üzləşə biləcəyi problemlərlə bağlı olub. Belə ki, onun xeyli sayda «tələbə köçürməsi» və digər işlərlə məşğul olmasının üzəri açılıb və bununla bağlı araşdırma aparılması risqi yaranıbmış. Durumun ağır olduğunu görən müdir müavini də çıxış yolunu ölkəni tərk etməkdə görüb. Hətta belə bir iddia da var ki, son bir ildə Baş Prokurorluqda saxta diplom və qeyri-qanuni «tələbə köçürmələri» ilə bağlı başladılmış cinayət işində İlham Mustafayevin də adının keçdiyi məqamlar olub. Yəni, verilən izahatlarda onun da adı hallanıb. Yazıda adları keçən şəxs və qurumların da mövqeyini dinləməyə hazırıq. Geri qayıt |