Əsas Səhifə > Siyasət, Manşet > Sabirabadda böyük yeyinti faktı: Təkcə bir məktəbə görə milyonlar "yeyilib"
Sabirabadda böyük yeyinti faktı: Təkcə bir məktəbə görə milyonlar "yeyilib"31-03-2015, 09:21 |
Çöl Beşdəli kəndinə qoyulan vəsait mübahisə predmetinə çevrilib. Sabirabad rayonunun təhsil işçilərindən Vertikal.az-a daxil olan məlumata görə, keçən il Sabirabadda böyük yeyinti faktı ortaya çıxsa da, nədənsə gərəkən dövlət qurumları hansısa hüquqi qiymətin verilməsilə diqqətə gəlmədilər. Belə ki, keçən il rayonun Çöl Beşdəli kənd orta məktəbinin əsaslı təmirinə 2.156.000 manat vəsaitin xərcləndiyi ortaya çıxdı. Məlumatda bildirilir ki, yuxarıda qeyd olunan rəqəmlə,məktəbdə aparılan təmir işləri müqayisə olunduqda, onların arasındaki fərq nəzərə çarpan dərəcədədir. Amma Vertikal.az-a xəbəri verən mənbə idda edib ki, məktəbin təmirinə ayrılan vəsait, müxtəlif şəxslər tərfindən mənimsənilib. Hətta ayrılan vəsaiti mənimsəyən şəxslərin adları da çəkilib. Söyləntiyə görə, rayon maliyə şöbəsinin müdürü Hüseyinağa Gülüşovla, təhsil şöbəsinin müdürü Elman Bünyadovun öncədən əldə etdikləri razılığa əsasən, həmin vəsaiti (icra başçsına yaxın olan) "Təşəbbüs" MMC-nin hesabına köçürüblər. Həmin MMC-də adı çəkilən məktəbin əsaslı təmir işlərinə görə məsul şəxs olub. Amma həmin məktəbdə təmir işlərini, MMC-nin işçilərinin əvəzinə kənddəki usta, fəhlə, yəni müxtəlif şəxslər icra ediblər. İşin maraqlı məqamı isə budur ki, qeyd olunan vəsaitə hətta yeni məktəb tikdirmək olardı, amma rayonun hörmətli baş bilənləri bu pulu sadəcə təmirə xərcləyiblər. Təmir isə göz qabağındadır. Adı çəkilən təmirlə bağlı Çöl Beşdəli kənd bələdyyə sədri Zəminə xanım Əliyevadan bu məsələyə münasibət öyrənmək istəsək də cəhdlərimiz uğursuz olub. Məlumat üçün qeyd edək ki, Çöl Beşdəli kənd bələdiyyə ərazsinin cəmi 2700 nəfər sakin var. Geri qayıt |