Əsas Səhifə > Siyasət, Manşet > Bakıda daha bir şirkət ermənilərlə əlaqədə ittiham olundu
Bakıda daha bir şirkət ermənilərlə əlaqədə ittiham olundu12-03-2015, 09:27 |
Azərbaycanda ayrı-ayrı iş adamlarının Rusiya və digər ölkələrdə yaşayan ermənilərlə biznes əlaqəsinə girməsi sirr deyil. İndiyə qədər xeyli sayda bu cür halların baş verdiyi açıqlanıb. Və belə vəziyyətlərin yaşanması bu gün də davam edir. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Azərbaycanda satılan yerli məhsullardan biri olan «Beloçka» günəbaxan tumlarının xammalı erməni iş adamından alınırmış. Həmin məlumatlara görə, «Beloçka»nın istehsalçısı olan şirkətə bu tumları «Ayan» firması gətirir. Krasnodar vilayətindən aldığı həmin məhsulu Azərbaycana gətirən «Ayan» firmasının oradan bir erməni iş adamı ilə əməkdaşlıq etdiyi vurğulanır. İddia edilir ki, «Ayan»ın rəsmisi Salman Hüseynov günəbaxan tumlarının hansı şəxsdən aldığını bir rusun adına sənədləşdirir. Aydın məsələdir ki, işin içində erməni biznesmenin adı olarsa, nə o tumları alan olar, nə də firmaya güvənən. O səbəbdən də Bakıya gətirilən həmin məhsulları gömrüyün qeydiyyatından keçirən zaman da sözügedən firmanın rəhbəri özü prosesə qarışmır. JAM.AZ-a verilən məlumata görə, «Ayan»ın rəsmisi Salman Hüseynov günəbaxan tumlarını həm ucuz, həm də daha aşağı qiymətə həll etmək üçün «Aqroazerinvest» şirkətinin adı ilə gömrükdən keçirir. «Aqroazerinvest»in kimə məxsus olduğu bilinməsə də, onun yardımçı şirkət olduğu qeyd edilir. Alınan məlumatlar sırasında o da vurğulanır ki, Krasnodardakı ermənidən mal alan Salman Hüseynov ona pulu təkcə köçürmə yolu ilə deyil, həm də «qara yolla» çatdırır. Bunun üçün onun Bakının mərkəzində Valyuta Dəyişmə Məntəqəsi açdığı da deyilir. 28 May küçəsində yerləşən həmin VDM vasitəsi ilə Rusiyaya pul ötürən Hüseynov, bununla izi itirməyə nail olur. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |