Əsas Səhifə > Siyasət, Manşet > Bakıda 49 saylı orta məktəbdə dəhşət: Rüşvət almadığını deyən müəllimədən çirkin addım
Bakıda 49 saylı orta məktəbdə dəhşət: Rüşvət almadığını deyən müəllimədən çirkin addım11-03-2015, 09:26 |
DİA.AZ: - Bir neçə gün öncə, 8 Mart ərəfəsində valideynlərdən pul yığdığına görə ittiham olunan 49 saylı "İntellekt" məktəb-liseyində ibtidai sinif müəllimi Tünzalə xanım bütün deyilənləri təkzib etmişdi. İlk əvvəl onunla bağlı şikayəti xatırladaq. Valideynlərdən birinin Milli.Az-a yazdığı müraciətdə deyilirdi ki, "49 saylı məktəbin ibtidai sinif rəhbəri Tünzalə müəllim əməlli-başlı sinifdə bazar açıb. Dediyinə görə, kim ona 20 manat pul versə, götürməyəcək. Ən azı, 50 manat olmalıdır. Nəzərə alsaq ki, sinifdə 30 uşaq var və hamının da imkanı yoxdur və yaxud da bir evdən iki uşaq məktəbə gedir, hesablasaq, nə qədər pul lazımdır bu müəllimlərə?" Məsələ ilə bağlı sayt birbaşa məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Əməkdar müəllim Təhminə Əsədova deyilənlərin yalan və böhtan olduğunu bildirib: "Valideyin özü gəlsin, desin ki, bu filan müəllim məndən pul istəyir. Tünzalə müəllimin sinfindən sonuncu dəfə bir valideyn mənə yaxınlaşıb, o da pul söhbəti olmayıb. Problem müəllimin şagirdə aşağı qiymət yazması olub. Tünzalə xanımdan narazılıq etdikdə mən də demişəm, keçir uşağı başqa bir sinfə. Valideyn uşağı digər müəllimin sinfinə keçirdikdən sonra gəlib üzümdən öpüb, hörmət kimi balaca bir şirniyyat da verib. Ancaq gedib bu cür yalanlar yazmaq yaxşı deyil. 10 ildən çoxdur ki, bu məktəbdəyəm, ancaq Tünzalə müəllimdən bir dəfə də olsun pul söhbəti eşitməmişəm. Müəllim özü məcburi köçkündür, heç vaxt ola bilməz ki, Tünzalə xanım kimdənsə pul istəsin. Məktubu sizə yazan, yəqin ki, Əliyeva Aytənin valideyni olar. Sizdən sonra mən valideynlə danışıb məsələni dəqiqləşdirəcəm", - Təhminə Əsədova deyib. Onu da bildirək ki, sonradan iddia ilə bağlı adıçəkilən müəllimin özü də açıqlama verib. Tünzalə müəllim deyilənlərin iftira olduğunu söyləyib. "Mənim sinfimdə 8 Mart ərəfəsində belə bir şey olmayıb, ola da bilməz. Bu günədək heç kəs deyə bilməz ki, Tünzalə müəllim kimdənsə pul tələb edib. Yox, ömür boyu belə bir şey ola bilməz. Bu yaxınlarda, Müəllimlər Günündə yığmışdılar valideynlər, ancaq inanın, heç baxmadım nədir-nə deyil, qaytardım geri. Mənim sinfimdə valideyn komitəsi yoxdur ki, onlar yığıb pul versinlər. Mənə hörmət eləmək istəyən şəxs öz övladını yaxşı tərbiyə eləsin, məktəbə göndərsin, dərsinə hazırlıqlı olsun. Ancaq pul məsələsinə gəldikdə isə yenə də deyirəm, bu günəcən mən heç kəsdən pul almamışam. Ümumiyyətlə, kimdənsə nəsə, pul almaq özü bir aşağılıqdır, ona görə də mən heç kəsin qabağında başıaşağı ola bilmərəm". Hə, bütün bunlar onların dedikləridir. Amma reallıq isə tamam fərqli imiş və DİA.AZ-a daxil olan məlumatı eşitdiyinizdə hər birinizin tükləri biz-biz olacaq. Bəli, rüşvət almadığını, pula gözünün ucu ilə belə baxmadığını iddia edən həmin Tünzalə müəllimə sən demə, həmin məktəbdə məhz direktorun «maddi tələb» maraqlarına ən yaxşı cavab verən müəllimə olması səbəbindən məktəb rəhbərliyi tərəfindən müdafiə olunub. DİA.AZ-a danışan valideynlərdən birinin açıqladığı fakt isə daha dəhşətlidir. Hadisə çox da uzaqda, köhnə günlərdə baş verməyib. Valideynlərdən biri bildirir ki, elə dünən həmin Tünzalə müəllimə məhz 8 Martda sırf imkansızlığı səbəbindən ona pul gətirməyən şagirdi bütün dərs boyunca küncdə və ayaqüstdə saxlayıb. Bəli, bu dəhşətli mənzərə 49 saylı məktəbdə dünən yaşanılıb və bu dəhşətli mənzərəni yaradan da RÜŞVƏT ALMADIĞINI BAĞIRA-BAĞIRA söyləyən Tünzalə müəllimə olub. O müəllimə ki, valideynlərə iki oğluna və evli olan oğullarından birinin ailəsinə təkbaşına baxdığını və ona çoxlu pul la-zım olduğunu deyio. O müəllimə ki, məhz atası yataq xəstəsi olan, anası ağır işdə işləyən uşağı 8 Martda pul gətirmədiyinə görə bütün sinif qarşısında aşağılayaraq, onu bir dərs saatı boyunca küncdə ayaqüstə saxlayır… İndi isə sözümüz Sizədir, Cənab Mikayıl Cabbarov! Belə bir müəllimənin övladlarımıza nəsə yaxşı bir şeyi öyrədə biləcəyinə inanırsınızmı? Geri qayıt |