Əsas Səhifə > Siyasət, Manşet > Zakir Fərəcov prezidentin ona olan etimadını ciddi şəkildə zədələyib

Zakir Fərəcov prezidentin ona olan etimadını ciddi şəkildə zədələyib


14-02-2015, 12:04
Zakir Fərəcov prezidentin ona olan etimadını ciddi şəkildə zədələyib
DİA.AZ: - «Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcova qarşı ağır ittihamlar var. Başçı dövlətə külli miqdarda zərər vurmaqda ittiham olunur və bu ittiham rəsmiləşə bilər». Bu şok informasiyanı DİA.AZ-a verən mənbə iddia edir ki, zamanında Bakı şəhər icra hakimiyyətinin başçısı postuna iddialı olan Zakir Fərəcov bu gün mövqeləri sarsılmış vəziyyətdədir.

Mənbənin dia-az.site-a söylədikləri: «Zakir Fərəcovun hələ keçən il Abşeron rayonuna dövlət büdcəsindən və müxtəlif qaynaqlardan ayrılan vəsaitlərin xərclənməsilə bağlı hesabatlarında böyük yeyinti faktının ifşa olunması məsələsi əvvəlindən bəlli idi və bu hadisə KİV-lərdə də işıqlandırıldı. Bununla bağlı hüquq-mühafizə orqanlarında da araşdırmalar aparılıb. Doğrudur, hələlik araşdırmalar dayandırılıb, amma hər an iş yenilənə bilər və «yuxarıları» ciddi şəkildə aldanan icra başçısı barəsində hüquqi ölçü götürülə bilər. Bunun üçün müəyyən dairələr hərəkətdədir və belə bir addımın atılması gözləniləndir».

Mənbə iddia edir ki, Zakir Fərəcov bağlı olduğu çevrələr tərəfindən qorunsa da, onun prezident yanında etimadı ciddi şəkildə zədələnib: «Önəmli olan məqam da bundan ibarətdir. Yəni başçını kimin dəstəkləməsi artıq əhəmiyyətini itirir. Zakir Fərəcov elə bu səbəbdən daha böyük problemlərlə üz-üzə qala biləcəyini artıq özü də hiss etməyə başlayıb. Ona görə də müəyyən dairələrlə bu günlərdə danışıqlar da aparıb».

Onu da bildirək ki, DİA.AZ-a Abşeron RİH başçısı ilə bağlı yeni informasiyalar da daxil olub. «Sevil» Massivi işi və daha bir neçə müəmmalı olayda Zakir Fərəcovun qazandığı milyonlar artıq sənəd və dəlillərlə ortaya qoyulur ki, həmin bilgiləri də yaxın vaxtlarda geniş araşdırma materialı ilə diqqətinizə təqdim edəcəyik.

Mövzu diqqətimizdədir. Bizi izləməyə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Çalışıb, növbəti materialda Abşeron RİH-in də reaksiyasını təqdim edəcəyik.

Geri qayıt