Əsas Səhifə > Siyasət, Manşet > Neftçalanın icra başçısı bazarını sökdürmək istədiyi adama 200 manat təklif edibmiş...
Neftçalanın icra başçısı bazarını sökdürmək istədiyi adama 200 manat təklif edibmiş...7-02-2015, 18:02 |
“İcra başçısı prezident İlham Əiyevin fərmanı ilə 20 Yanvar əlilləri üçün ayrılan 200 manat müavinəti mənə verməyib”. Bunu mətbuata açıqlamasında Neftçala rayon sakini, 2o Yanvar əlili Məhəmməd Fərziyev bildirib. Məhəmməd Fərziyevin sözlərinə görə, icra başçısı tərəfindən rayonda ona qarşı təzyiqlər edilir. Məlumatı dəqiqləşdirmək üçün Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizimxeber.az-a bildirdilər ki, M.Fərziyevin iddiası əsassızdır: “Əvvəla 20 Yanvar əlilləri üçün ayrılan müavinət 200 manat yox, 50 manatdır və Məhəmməd Fərziyev bu pulu başqaları kimi hər ay alır”. 200 manata gəldikdə isə İcra Hakimiyyətindən bildirdilər ki, bu pul 20 Yanvar əliilərinə icra başçısı İsmayıl Vəlieyin şəxsi təşəbbüsü ilə verilib: “20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayonda geniş formatda anım tədbiri də keçirildi. Tədbirdə rayon ictimaiyyəti, veteranlar, “20 Yanvar Əlilləri” Cəmiyyətinin sədri Fərman Hüseynov və digər şəxslər iştirak edirdi. Hətta tədbirdən əvvəl icra başçısı İsmayıl Vəliyev əlillərlə görüşüb, problemləri ilə maraqlanıb və həlli istiqamətində tapşırıqlar verib. Görüşdə iştirak edən bütün 20 Yanvar əlillərinə 200 manat birdəfəlik yardım edilib”. İcra Hakimiyyətindən onu da bildirdilər ki, həmin görüşə Məhəmməd Fərziyev də dəvət olunub. Lakin Fərziyev görüşə gəlməkdən və ona çatacaq yardımdan imtina edib: “Fərziyevin görüşdən və puldan imtina etməsinin də səbəbləri var. Həmin şəxs Neftçala rayonundakı balıq bazarı kimi tanınan obyektin sahibidir. Anti-sanitariya vəziyyətində olan köhnə bazarın əvəzinə rayonda müasir standartlara cavab verən bazar tikilib və sahibkarların istifadəsinə verilib. Lakin Məhəmməd Fərziyev təzə bazarda ona təklif olunan yerlərdən imtina edib və al-verçilərin təzə bazara getməsinə mane olur. İndi Fərziyevin icra başçısına qarşı əsassız iddiaları, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən görüşə gəlməməsi və edilən yardımdan imtina etməsinin kökündə bazar faktoru dayanır”, – İcra Hakimiyyətindən bildirilib. Geri qayıt |