Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > İlham Əliyev Qarabağın azadlığı üçün savaş əmrini imzalama tədarükünü görür
İlham Əliyev Qarabağın azadlığı üçün savaş əmrini imzalama tədarükünü görür4-02-2015, 09:45 |
DİA.AZ: - «Azərbaycan savaş tədarükündədir. Bu bir faktdır və bundan narahat olanı ələlxüsus da Qərb dairələridir». Bu şok açıqlamanı DİA.AZ-a verən hökumət içindəki məlumatlı mənbə son zamanlar Azərbaycanın öz hərbi potensialını təftiş edən təlimlərə xüsusi diqqət ayırması, habelə cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində samballı addımların atılmasını və ən vacibi bütün bunların Qərb dairələri tərəfindən xüsusi həssaslıq, həmçinin həyəcanla izləməsinin təsadüfi olmadığını vurğuladı. Məlumatı verən qaynağın iddialarına görə, əslində Azərbaycanın savaş tədarükü təbii bir prosesdir: «Ən azından torpaqları işğal altında olan bir ölkə kimi Azərbaycan bu addımı atmaq zorundadır. Amma dünənə qədər Qarabağ münaqişəsinin həllində xüsusi əngəl kimi təqdim olunan Rusiya bir kənarda qalıb, illərdir Qarabağ probleminin həlli məsələsini özünün manipulyasiya və Azərbaycana qarşı təzyiq predmetinə çevirmiş Qərb dairələri narahat olmağa başlayıblar. Aşkar şəkildə ermənilərin vəkilinə çevrilmiş ATƏT-in Minsk Qrupunun heyəti bu gün Azərbaycanın Qarabağı işğaldan azad etmə təşəbbüslərini sanki Ermənistana qarşı bir təzyiq kimi qəbul etdirilməsinə çalışır. Bu da nəzərdən yayınmır. Elə buna görə də rəsmi Bakı tərəfindən ATƏT-in Minsk Qrupuna həm etimadsızlıq var və həm də qrupun tərkibinin dəyişdirilməsi üçün təşəbbüslər səsləndirilir». Məlumatı verən mənbə dia-az.site-a maraqlı fakt da açıqlayıb: «Təbii ki, Azərbaycanın bu qədər vəsait hesabına başa gələn tədbirləri səbəbsiz deyil. Rəsmi Bakı Qarabağ məsələsində əvvəlki dönəmlərdən daha qətiyyətli bir mövqe sərgiləyir. Bununla bağlı həm Qərb dairələri və həm də Kreml məlumatlandırılıb. Dolayı yolla bütün maraqlı güclərə vaxt da verilib. Və bu vaxt bu ilin may ayına qədər davam edəcək. Həmin dönəmə qədər İrəvanı konstruktiv mövqeyə gətirə bilməyəcəklərsə, o zaman Azərbaycanın müharibədən başqa bir çıxış yolu qalmır». Mənbə bildirir ki, müharibənin başlaması barədə qərarın verilməsi Azərbaycanın təbii hüququdur… Geri qayıt |