Əsas Səhifə > Siyasət, Manşet > İDDİA: “AccessBank”da kredit götürmək istəyən sahibkardan 2000 manat rüşvət istədilər

İDDİA: “AccessBank”da kredit götürmək istəyən sahibkardan 2000 manat rüşvət istədilər


26-01-2015, 08:59
İDDİA: “AccessBank”da kredit götürmək istəyən sahibkardan 2000 manat rüşvət istədilər
DİA.AZ: - Ucar rayonu Firdovsi küçəsi ev 21 ünvanının sakini sahibkar Həsənov Hüseyn Həsən oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətində narazı vətəndaş kredit almaq istədiyini və bu zaman yaşadığı provlemlərin hansı məcra gəldiyini bildirir. Şikayət məktubunda deyilir:

“AccessBankın Ucar filialının kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənə verəcəyi kreditin 25 faizini əvvəlcədən şapka kimi götürəcəyini bildirdi. Mən buna razı olmadığım üçün heç bir qanunu əsas olmadan mənə kredit verməkdən imtina etdi və bununla əsaslandırdı ki. sənin 2012-ci ildə başqa bankdan götürdüyün kreditin 8 gün ödəniş gecikməsi olmuşdur.Ancaq bildirim ki, rayon sakinləri tanıyıram ki, 2 və ya 3 ay ödəniş gecikmələri olsa da, onlara yenidən heç bir problem yaratmadan AccessBank kredit vermişdir.

Mən rayonda mobil telefonların kredit satışı ilə məşğul olan sahibkaram. 8000 manat kredit götürmək üçün AccessBanka müraciət etdim. Buna görə bankın kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənim aylıq gəlirimi arşdırdı, kredit telefon satışına dair müqavilələrimi yoxladı,satdığım kredit telefonların alıcılarına zəng edib doğruluğunu bütünlüklə öyrəndi, rayonda olan kirayə verdiyim iki evimin kirayəçilərini ətraflı yoxladılar, yaşadığım evə və sahibkarlıqla məşğul olduğum maqazinə gedib baxış keçirdilər. Bütün göstəricilər kredit götürməyə tam cavab verdiyi müəyyən edildi və məndən 8000 manat kreditə imza etdirib 6000 manat pul verəcəyini bildirdikdə buna etiraz etdiyim üçün kredit verməkdən imtina etdi.

Bəhanə kimi isə 2012-ci il tarixdə 8 gün kredit ödənişi gecikmənin olmasını göstərdilər.Bildirirəm ki. mən 9 ildir ki, müxtəlif banklardan dəfələrlə kreditlər götürmüşəm vaxtlı- vaxtında ödəniş etmişəm heç bir bankla problemim olmamışdır. Başqa bankldan götürdüyüm kreditin 8 gün gecikməsinin səbəbi isə atamın vəfatı ilə əlaqədar dəfn, yas mərasimlərinə başımızın qarışması olmuşdur. Sual olunur əgər bu kredit götürməyimə problem yaradırdısa, nə üçün Sərvan Əkbərov bu boyda araşdırma aparırdı, mənim kredit telefon alıcılarımla telefon əlaqəsi yaradırdı, kirayə verdiyim evlərə gedib kirayəşinlərlə söhbət edirdi, sahibkarlıqla məşğul olduğum maqazinə baxırdı və alver sənədlərimə, kredit telefon satışı müqavilələrini araşdırırdı.Yaşadığım evə baxış keçirirdi?

Bir daha bildirirəm ki, rayon sakinləri tanıyıram ki, kredit ödənişlərində 2-3 ay gecikmələr olsa da, onlara AccessBank yenidən kredit verməkdən imtina etməmişdir.Mən isə Sərvan Əkbərova dediyi kimi götürəcəyim kredit puldan 2000 manat verməyə razı olmadığım üçün mənə kredit verməkdən tam qanunsuz olaraq imtina etdilər. Mən AccessBankın əməkdaşı Sərvan Əkbərovun qanunsuz əməli barədə bütün aidiyyatı orqanlara şikyətlər etmişəm. Əminəm ki. bu qanunsuzluq faktını müvafiq orqanlar obyektiv araşdırıb Sərvan Əkbərovun barəsində qanunu tədbirlər görəcəklər. Həmçinin AccessBankın İdarə heyətinə şikayəti həm “Azərpoçt”la, həm də elektron poçtla göndərmişəm. Sahibkarlığın inkişafına maneə olan bu cür şəxslər mütləq cəzalandırılmalıdırlar”.

dia-az.site olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

İDDİA: “AccessBank”da kredit götürmək istəyən sahibkardan 2000 manat rüşvət istədilər
Geri qayıt