Əsas Səhifə > Siyasət, Manşet > Şəmkirdə qalmaqal: Minə yaxın obyekt buldozerin ağzına verilə bilər
Şəmkirdə qalmaqal: Minə yaxın obyekt buldozerin ağzına verilə bilər24-01-2015, 10:57 |
Məsələdən xəbəri olmayan oxucularımız üçün bildirək ki, bələdiyyə sədri Müseyib Vəliyev rayonun sabiq rəhbəri Nazim Veysovla birgə müxtəlif qanunsuz işlərə imza atıb ki, bu gün həmin əməllərin ciddi fəsadı özünü açıq şəkildə göstərməkdədir. "Müseyib Vəliyev bu vaxta kimi dəhşətli qanun pozuntularına imza atıb. Belə ki, o Nazim Veysovun rayona rəhbərlik etdiyi vaxtlarda onunla əlbir olaraq yol qırağında 3000-dən çox obyekt yerini satıb. Deyilənə görə, bunun üçün 4 min manatdan yığılıb. Satılan obyekt yerlərinin əsas hissəsi isə Şəmkir-Gədəbəy "kraz" yolunun kənarında yerləşir. Rayonun icra başçısı dəyişəndən sonra sözügedən ərazidə yerləşən ticarət obyektlərinin gələcək taleyi sual altına düşüb. Çünki icra başçısı Alimpaşa Məmmədov adamlarına köhnə başçının dövründə tikilən obyektlərin sökülməsi barədə tapşırıq verib. Bu xəbəri eşidən sahibkarlar çıxılmaz vəziyyətdə qalıb. Nazim Veysovla Müseyib Vəliyevin pullarını yığan isə bələdiyyə sədrinin tanışı İsrail kişi, həmçinin bələdiyyə rəhbərinin "Fizi" ləqəbi ilə tanınan qardaşı olub. Yığım işini bu iki nəfər həyata keçirib. Ortalıqda gəzən söz-söhbətlərə görə, məsələdən xəbər tutan başçı Alimpaşa Məmmədov Müseyib Vəliyevi yanına çağıraraq ona deyib ki, get qardaşın "Fizi"yə de yığdığı pulları gətirib qaytarsın. Həmin pulların kimə və necə qaytarılacağı isə bilinmir. Deyilənə görə, köhnə icra hakimi və bələdiyyə sədri obyekt tikintisi üçün satdıqları torpaq sahələrinin qarşılığında ümumilikdə 2 milyon manata yaxın qazanc əldə ediblər. Məsələnin ciddiləşməsi isə pul yığımında ittiham olunan İsrail kişi və "Fizi"ni təşvişə salıb. Buna dözə bilməyən İsrail kişinin ürəyi partlayıb ölüb. Dünyasını dəyişən İsrail kişi bir növ məsuliyyətdən canını qurtarmış oldu. İndi yerdə qalıb "Fizi". Alimpaşa Məmmədov Müseyib Vəliyevə həmin pullar gətirib qaytarılmasa, obyektlərin hamısının buldozerin qabağına veriləcəyini bildirib. Bu səbəbdən bələdiyyə sədrinin başı dərddədir". Rayondakı etibarlı mənbələrdən əldə etdiyimiz ən son məlumatlara görə, Müseyib Vəliyev icra başçısı Alimpaşa Məmmədovun göstərişini yerinə yetirmək istəmir. Mənbəmiz vurğulayır ki, bələdiyyə sədri və keçmiş icra hakimi satdıqları yerin müqabilində sahibkarlardan yığdıqları pulları çoxdan xərcləyiblər: "Mənim bildiyim qədərilə Müseyib müəllim yenidən bələdiyyə üzvlüyünə seçilib. Hələ bu azmış kimi, o yenidən bələdiyyə sədri postuna iddia edir. Sədr vəzifəsi uğrunda isə daha bir neçə namizəd mübarizə aparır. Başçı yığılan pulların qaytarılması üçün Müseyib Vəliyevə təxminən 1 aya yaxın vaxt qoymuşdu. Artıq həmin vaxt bitmək üzrədir. Əgər qoyulan vaxta qədər pullar qaytarılmasa, həm onun özünün, həm də bu işdə birbaşa "əməyi" olan qardaşı "Fizi"nin başı ağrıyacaq. Düzdür, yerli özünüidarə orqanları icra hakimiyyətlərinə tabe deyil. Lakin nəzərə alsaq ki, Alimpaşa Məmmədov Şəmkirə yeni icra başçısı təyin edilib, onun yuxarılar qarşısında qaldıracağı məsələlərə biganə münasibət göstərilməyəcək. Bu isə o deməkdir ki, Müseyib Vəliyevin gələcək karyerası ipdən asılıdır. Onun indiyə kimi törətdiyi qanunsuzluqlar araşdırılsa, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıla bilər. Bütün bunlara baxmayaraq, adıçəkilən məmur özündən razı və arxayın hərəkətləri ilə diqqət cəlb edir. Hətta bu yaxınlarda rayonun mərkəzində yerləşən çayxanalardan birində Müseyib Vəliyev icra başçısının arxasınca danışıb. "Mənim də arxamda kimlərsə dayanıb. Heç kimdən qorxmuram, çəkinmirəm. Heç kimə də pul verən deyiləm. Bu iş Nazim müəlllimin vaxtında olub bitib", deyə əsəbiləşib". Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, Müseyib Vəliyev vəzifə səlahiyyətlərini aşaraq Şəmkirin kənd bələdiyyələrinin işinə müdaxilə edir: "O vəzifədə təmsil olunduğu illər ərzində rayonun ayrı-ayrı kəndlərində qanunsuz torpaq satışı həyata keçirib. Bu barədə rayonda dəfələrlə söz-söhbət yayılıb. Keçmiş icra başçısı ilə münasibətləri yaxşı olan bələdiyyə sədri bundan özünə sərf formada istifadə edirdi. İndi də köhnə əməllərindən əl çəkmir. Bu gedişlə Alimpaşa Məmmədov onun bu vaxta kimi törətdiyi qanunazidd işlərin araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcək". DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |