Əsas Səhifə > Siyasət, Manşet > Şamaxıda 20 Yanvar faciəsinə biabırçı yanaşma: pul yığırlar...

Şamaxıda 20 Yanvar faciəsinə biabırçı yanaşma: pul yığırlar...


19-01-2015, 09:32
Şamaxıda 20 Yanvar faciəsinə biabırçı yanaşma: pul yığırlar...
Azərbaycan üçün əlamədar olan bayram və hüzn günləri həmişə təmtəraqlı keçirilib. Xüsusən rayonlarda bu proses daha çox yarış səviyyəsində diqqəti çəkir. Hərçənd bəzi rayonların rəhbəri bu bayram və hüzn günlərindən pul çıxarmaqdan da çəkinməyiblər. Bura gül alverindən tutmuş, qurban ətinin alınması üçün sahibkarlar və idarə müdirlərindən pul yığılmasına qədər hər şey daxil olub. Bu gün isə Şamaxıdan gələn bir xəbər vəziyyətin heç də düzəldiyini deməyə imkan verməyib. Əksinə bu məlumat təsdiqini taparsa, böyük bir biabırçılığın yaşandığını, hətta bəzi məmurların şəhid adından sui-istifadə etdiyi aşkarlanacaq. Hələliksə bu məlumat iddia səviyyəsindədir.

JAM.AZ-a müraciət edən Şamaxıdan bir qrup ziyalı iddia edir ki, onlar rayonda hər şeyin alverini, kitab, qəzet, jurnal, ağac, bilet və sairin biznesini görüblər. Amma bu günlərdə üzləşdikləri mənzərə isə onları heyrətə gətirib. JAM.AZ-a göndərdikləri məktublarında Şamaxı ziyalıları yazır ki, bu günlərdə rayon İcra Hakimiyyəti başçısının müavini Qasım Qasımovun xüsusi əmrinə əsasən bütün idarələrin keçiriləcək tədbirlə əlaqədar əklil hazırlamaları barədə tapşırıq verib. «Əklilin hazırlanmasının əlehinə deyilik. Biz onun əlehinəyik ki, idarə rəhbərlərinə verilən tapşırığa əsasən bu əklillər Bakı şəhərində Qasımov tərəfindən müəyyən olunmuş gül mağazasında hazırlanacaq və birinin qiymətinin isə ən minimum 400 manat olacağıdır. Bunu bizə idarə müdirlərimiz özü deyib. Şübhəsizki əklilin hazırlanması üçün vəsaitin toplanması bizim əmək haqlarımız əsasında reallaşacaq. Görünür indide Qasımov gül biznesinə rəvac verməkdədir».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt