Əsas Səhifə > Siyasət, Manşet > Qərib Məmmədovun işçisi Göyçay sakininin haqqını necə tapdayır
Qərib Məmmədovun işçisi Göyçay sakininin haqqını necə tapdayır16-01-2015, 09:12 |
DİA.AZ: - Göyçay rayonu Cəyirli kəndi sakini Adıgözəlov Qurban Arif oğlu DİA.AZ-a şikayət ərizəsi yollayıb. Narazı vətəndaşın müraciətini diqqətinizə çatdırırıq: “Bizim ailəyə məxsus pay torpaq sahəmizi Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev və Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Üsaməddin Osmanov qanunsuz olaraq başqasının adına rəsmiləşdiriblər ki, bu da açıq-aşkar cinayət faktıdır. Belə ki Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 28 Avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə bizim ailəyə 0.75 hektar torpaq sahəsi qanunu qaydada verilmişdir. Göyçay Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev bizim ailənin haqq-halal qanunu pay torpaq sahəsini Zahir Səbzəliyev adlı Bakı şəhər sakininin adına saxta , qanunsuz sənəd vermişdir. Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdik. 1 ildən çox gedən məhkəmə baxışı zamanı 3 dəfə məhkəmə ekspertizası keçirildi. Məhkəmə Ekspertizasının 25.11.2013-cü il tarixli 18464 nömrəli, 17.03.2014-cü il tarixli 868 nömrəli və 14.08.2014-cü il tarixli 9144 nömrəli ekspert rəyləri ilə təsdiq edildi ki, həmin 0.75 hektar pay torpaq sahəsi qanunu qaydada bizə məxsusdur və Zahir Səbzəliyev tərəfindən zəbt edilmişdir. Bütün bu qanunu sənədlərə, ekspertlərin 3 rəylərinə baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri hakim Üsaməddin Osmanov Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Səbzəliyevin saxta sənədini əsas gətirib iddiamızın təmin edilməməsinə və torpaq sahəmizin cavabdeh Zahir Səbzəliyevə məxsus olmasına dair 13 Yanvar 2015-ci il tarixdə qanunsuz qətnamə çıxartdı. Hakim Ü.Osmanov bu qətnaməni küllü miqdarda rüşvət hesabına çıxartmışdır. Sual olunur bəs nə üçün təkrar-təkrar 3 dəfə məhkəmə ekspertizası keçirilməsinə dair qərar çıxarıdır? Nə üçün Məhkəmə Ekspertizasının mötəbər sənədini əsas gətirmədi ? Hakim Ü.Osmanovun bu qətnaməsi və Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin saxta sənədi mərhum Prezident Heydər Əliyevin ruhuna hörmətsizlikdir.Çünki pay torpaqların kəndlilərə verilməsi Heydər Əliyevin müvafiq fərmanı ilə həyata keçirilmişdir.Bizim ailəmiz bu qanunsuzluqdan şokdayıq.Bu boyda açıq-aşkar haqsızlıq, qanunsuzluq, özbaşınalıq olmaz. Biz Prezident cənab İlham Əliyevə, Mehriban xanıma, cənab Fuad Ələsgərova, Ədliyyə Naziri Məhkəmə-Hüquq şurasının sədri cənab Fikrət Məmmədova , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Ombudsmana və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Özümüzü öldürmək həddindəyik. Məhkəmənin müstəqil olmasını hakim Ü.Osmanov özbaşınalıq kimi başa düşüb özbaşınalıqlar edir.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Preziden Ümummilli Lider Heydər Əliyevin ruhuna hörmətsizlik etmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Üsaməddin Osmanovun və Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində qanunu tədbirlər görməyinizi və zəbt edilmiş pay torpağımızın özümüzə qaytarılmasına köməklik etməyinizi Sizdən çox-çox xahiş edirik”. Bütün maraqlı tərəflərin mövqelərini işıqlabdırmağa hazırıq…. Geri qayıt |