Əsas Səhifə > Siyasət, Manşet > «Qarasu» Əməliyyat Şirkətində və «ŞirvanOil»də işçilərin başına oyun açılır
«Qarasu» Əməliyyat Şirkətində və «ŞirvanOil»də işçilərin başına oyun açılır14-01-2015, 09:57 |
DİA.AZ: - Redaksiyamıza «Qarasu» Əməliyyat Şirkətində baş verən özbaşınalıqlarla bağlı ilginc informasiya daxil olub. DİA.AZ-a daxil olun müraciəti diqqətinizə təqdim edirik: «Sizi Şirvan şəhərindən narahat edirik. Bu gün Şirvanda yerləşən «Qarasu» Neft şirkətində kütləvi ixtisarlar aparılır və yaxud da əksəriyyət öz hesabına məzuniyyətə buraxılır. Bu il yanvar ayının 15-dən başlayaraq Şirvanda yerləşən «Qarasu» əməliyyat şirkətinin neft mədənlərində çalışanlar öz hesablarına məzuniyyətə buraxılıblar. İşçilərin 15 faizi ilə bağlı bu qərar verilib. Bildirək ki, şirkətin 1297 işçisi var. Təsəvvür edin, Şirvan şəhərində bu sayda ailənin dolanışıq yeri «Qarasu» əməliyyat şirkəti və «Şirvanoil»dir. «Qarasu» əməliyyat şirkəti isə Azərbaycanda quru yataqlarında ən böyük xarici şirkətdir («Global Energy»nin sahibi Qutseriyevdir). Şirkət rəhbərliyi ixtisarları böhranla əlaqələndirir. Amma əslində şirkətdə açıq şəkildə israfçılıq var ki, bu isrfaçılığın qarşısı alınsa, ixtisarlara da ehtiyac qalmaz. Bu gün «Qarasu» və «ŞirvanOil»ə aid maşınlar rəhbərlik tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib və qanunsuz yolla böyük miqdarda gəlir əldə edilir. Bu işin başında nəqliyyat şöbəsinin rəisi Arif Alışov dayanır. Ümumiyyətlə, şirkətdə 400 işçiyə verilən yemək də hər zaman keyfiyyətsiz olub. Boş yerə pul silərək, işçilərin həyatlarını risqə atırlar. Şirkətin yeməkxanası «Qarasu»nun vitse-prezidenti olan İslam Ovciyevin şəxsi mülküdür. Fəhlələrə gündəlik olaraq nəzərdə tutulan 10 manat yeməkpulu da onun şəxsi qazancıdır. Belə keyfiyyətsiz yemək verməkdənsə, yeməkxananı bağlayaraq, işçilərin kütləvi şəkildə ixtisarının da qarşısını almaq olar. Şirkətin icarədə olan nəqliyyatından gələn gəlirlər isə təchizat şöbəsinin müdiri İntiqam Sadıqovun cibinə axır». Daha sonra DİA.AZ-a yazan narazı fəhlələr bildirir ki, əgər bu kütləvi ixtisarlara Bakıdan müdaxilə edilməzsə, onlar etiraz aksiyası keçirəcəklər: «Başqa cür haqqımızı qoruya bilmirik». Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |