Əsas Səhifə > Siyasət, Manşet > Vəhabilər Azərbaycanda yeni planlarının icrasına başlayırlar
Vəhabilər Azərbaycanda yeni planlarının icrasına başlayırlar6-01-2015, 16:37 |
DİA.AZ: - Məlum olduğu kimi, «Avroviziya-2012» yarışması ilə əlaqədar bir sıra təxribatçı qüvvələr xüsusi fəallıq nümayiş etdirdilər ki, onların da sırasında daha çox diqqətə gələni Bakıda terror aksiyaları planlaşdıran vəhabilər oldu. Indi də vəhabilərin Azərbaycanda qarışıqlıq yaratma istəyində olmaları ilə bağlı müxtəlif informasiyalar yayılmaqdadır. Onu da bildirək ki, rəsmən Küveyt dövlətinin himayəsi altında olan Azərbaycan vəhabiləri iki qrupa - sələfilərə və xavariclərə bölünüb və bu qruplaşmalardan yalnız birincisi açıq fəaliyyətdədir. Digər ikincisi isə terroru mübarizə yolu kimi seçdiyindən gizli şəkildə fəaliyyətini sürdürür və davamlı olaraq yüzlərlə vətəndaşımızı Suriya, Əfqanıstan, İraq kimi cəbhələrə döyüşçü kimi cəlb etməkdədir. Həmin xavariclərlə bağlı DİA.AZ-a maraqlı məlumatlar da ötürüb. Özünün sələfi qanadına aid olduğunu iddia edən Bakı sakinlərindən birinin redaksiyamıza ötürdüyü məlumatdan aydın olur ki, vəhabilərin radikal qanadı - xavariclər son zamanlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi zərbələr aldıqlarından yendən toparlanma mərhələsinə qədəm qoyublar. Mənbə iddia edir ki, keçən həftənin bazar günü vəhabilər paytaxt ərazisində böyük bir toplantı keçiriblər: «Həmin toplantı Bakının kəndlərinin birində baş tutub. Təxminən 20-yə yaxın tanınmış azərbaycanlı xəvaric orada iştirak edib və çox mühüm qərarlar veriblər». Mənbənin dia-az.site-a verdiyi xəbərə görə, toplantı zamanı həmçinin həbs olunan xavariclərin ailələrinə yardım məqsədilə də pul toplanılıb: «Bu gün onlar çox ciddi biznes imkanlarına malikdirlər. Hamımızda elə bir təəssürat var ki, vəhabi saqqallı olmalıdır. Boş şeydir. Saqqal saxlayanlardan bilin ki, təhlükə yoxdur. Onların əksəriyyəti açığa çıxan adamdır. Əsas təhlükəli olanlar gizlidə qalanlardır. Qərarları da onlar verir, böyük pullar da onların əlində olur. Əsasən qızıl biznesindən gəlir əldə edirlər». Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, MTN-nin son keçirdiyi əməliyyatdan sonra vəhabilərin əksəriyyəti Azərbaycanı tərk etmişdi. Sonuncu toplantının keçirilməsində isə məqsəd onların geri dönə bilmələri üçün siqnal rolunu oynamaqdan ibarət olub: «Yəni bununla yerli xavariclər mesaj ötürürlər ki, geriyə dönün, vəziyyət stabilləşib». Geri qayıt |