Əsas Səhifə > Siyasət, Manşet > Qazax səhiyyəsinin yıxılan sütunları fonunda kimlər necə sərvət sahibi olur?
Qazax səhiyyəsinin yıxılan sütunları fonunda kimlər necə sərvət sahibi olur?24-12-2014, 08:31 |
DİA.AZ: - Bütün dünyanı maliyyə böhranı bürüdüyü zamanda ölkəmizin layiqli prezidentinin, layiqli dövlət məmurlarının böyük zəhməti hesabına hələlik maliyyə böhranını hiss etmirik. Şübhəsiz ki, belə bir ağır sınaqda hər bir insan mənimsəmədən, talançılıqdan uzaq durmalıdır. Təbii ki, dövlət vəsaitinin 1 qəpiyinə belə göz dikməmək gərəkdir. Qazax MX-nın binası söküldü, baş həkimə villa tikildi. MX binası sökülənə qədər baş həkim Arzu Novruzov Qazax Rayon Səhiyyə Şöbəsində müavin işləyirdi. Həmişə şəxsi evinin yarı-yarımçıq qaldığından gileylənirdi. O, 2012-ci ilin sonlarında baş həkim təyin olunandan şəxsi həyatında əsl intibah dövrü başladı. Bir göz qırpımında A. Novruzovun nəinki yarımçıq evi, bir neçə yerlərdə villanı xatırladan evlərinin tikintisi başladı və sona çatdı. Bir sözlə, baş həkimin bəxti sonradan gətirdi. Atalar belə yerdə yaxşı deyiblər: “Əvvəlin gəlincə axırın gəlsin”. Demirik ki, baş həkimin evi-eşiyi olmasın, olsun. İndiki zamanda baş həkimin Bakı şəhərində bahalı evlər almasına, xarici ölkədə ev almaq iddiasına düşməsinə nə ad qoymaq barəsində düşünmək istərdik... Mərkəzi xəstəxananın kağız üzərində qalmış maliyyə işləri hər vaxt cinayətin izini göstərir. Açıqca hiss olunur ki, Qazax səhiyyəsi Arzu Novruzovun şəxsi biznesidir. Bina olmadığından səhiyyə işçiləri evlərində oturduğu anda milyonların haraya sovrulmasını görəndə, maliyyə böhranına sürükləndiyimiz hiss olunur. Qazax səhiyyəsi yanğından sovuşub? Qazax Rayon Uşaq Xəstəxanası, doğum evi, kənd həkim məntəqələri uzun illərdi öz görkəmində qalmaqdadır. İnsafən, həkim və tibb işçilərinin şəxsi vəsaiti hesabına bir neçə otaq sadəcə rənglənib. Eşidəndə ki, bu ilin yanvar ayında 7600 manatlıq elektrik avadanlığı alınıb, düşündüm ki, yəqin səhiyyədə qısa qapanma baş vrib. Odur ki, araşdırmam düşündüyümün əksinə oldu. Kənd həkim məntəqəsində, uşaq xəstəxanasında, doğum evində bu günlərdə hər hansı elektrik avadanlıqlarının dəyişdirilməsini bilən və görən olmamışdı. Kağız üzərindəki anbar dağılır. Dağılır deyəndə hər ay 4-5 min manatlıq təsərrüfat malları alınır, 5 000 manatlıq dəftərxana ləvazimatları götürülsə, demək anbardakı mallar aynadan, qapıdan çölə çıxar. Əgər hər ay 4-5 minlik təsərrüfat malları götürülsə, bəs onda xəstəxanaların, həkim məntəqələrinin həyət-bacaları niyə zibilliyin içərisindədir? Niyə gözə dəyən süpürgə, bel, xətəngaz köhnə illəri xatırladır? Əl yuyulan yerlərdə niyə əl sabunu gözə dəymir? Dogurdan da, hər ay 5 000 manatlıq dəftərxana ləvazimatı götürülürsə, bəs niyə həkimlər resept yazanda qəlıəm axtarışında olurlar? Tibb bacıları adicə yapışdırıcı üçün mağazaya getməli olurlar. İki ayda 10 000 manatlıq yanacaq götürülüb. Hansı avtomobillə görüldüyünü, haraya boşaldığını öyrənmək istədik. Mənə güldülər. Məlum oldu ki, yanacaq çəni olmadığından yanacağa pulu baş həkim tərəfindən götürülüb. Blə çıxmırmı ki, kağız üzərindəki anbar dağılır. Yanvar ayında 65 000 manatlıq dərman preparatları götürülüb. Əgər müalicə üçün palatalar yoxdursa, bu dərmanlar kimlərə istifadə olunur. Maraqlı deyilmi? Mətbəx yoxdursa hər ay 15-17 000 manatlıq ərzaq götürülürsə, 2-3 min manatlıq çörək alınırsa təsdiq edilir ki, baş həkim Arzu Novruzov “qaz vurub, qazan doldurur”. Mənbə onu da bildirir Ki, ərzaq “Göyəzən ES” MMC – dən alınır. Hansı ki, həmin MMC-nin təkcə möhür və ştampı var. O da hər an direktorun cibində olur. Mohürə yalnız ayda bir dəfə hava dəyir. Haşiyə: Ərzaq cədvəlinə nəzər yetirəndə məlum oldu ki, həmin cədvəl 1992-93-cü illərdən təsdiq edilib. Mahiyyəti barədə düşünülməyib. Cədvələ nə qədər göz gəzdirsəm də tamat və digər ərzaq məhsullarının adına təsadüf etmədim. Belə çıxır ki, kağız üzərindəki əməliyyatlar xəstələrə deyil, yalnz baş həkimə sərf edir. Bəli, mənimsənilmiş milyonlar haqqında təcili düşünülməlidir. Vəkil Rüstəm - DİA.AZ Geri qayıt |