Əsas Səhifə > Siyasət, Manşet > Sahibkarın haqqını yeyən “Ər-Riyad” ticarət mərkəzində daha bir qanunsuzluq
Sahibkarın haqqını yeyən “Ər-Riyad” ticarət mərkəzində daha bir qanunsuzluq22-12-2014, 10:41 |
DİA.AZ: - Keçən günlərdə “Ər-Riyad” Ticarət Mərkəzininn rəhbərliyindən şikayət edən sahibkarın müraciətini diqqətinizə təqdim etmişdik. DİA.AZ-a haqqının tapdandığını iddia edərək müraciət edən sahibkar Taleh Ismayılov bildirirdi ki, 27 oktyabr 2007-ci ildə Az-100\132 saylı müqavilə ilə “Ər-Riyad” Ticarət Mərkəzindən dəyəri 72 min ABŞ dolları olan Bina 24, Xətt 13-də yerləşən 19 saylı 36 kvadratmetrlik mağaza götürüb ki, bundan sonr da qara günləri başlayıb. Şikayətçi bildirir ki, dükanı müqaviləyə uyğun olaraq geri qaytarsa da hələ də ödədiyi 34 min dolların 21 min 500 dollarını geri ala bilməyib. Hətta narazı sahibkar bu zaman təmir üçün ödədiyi 5000 dollarını belə tələb etmir. Amma buna rəğmən yenə də “Ər-Riyad” yetkililəri sahibkarın pulunu ödəmək istəmirlər. Bunu isə TM-dən DİA.AZ-a belə əsaslandırıblar ki, guya “Ər-Riyad”da alver yoxdur. Amma biz keçən günlərdə fotolarla da sübut etdik ki, əslində ticarət mərkəzinin alveri “xod gedir”. Sadəcə olaraq onlar aldatdıqları sahibkarın pulunu ödəməmələri üçün belə bir bəhanəni gətirirlər. Qeyd edək ki, əsl sahibi prezidentin yaxın qohumu İlqar Əliyev olan “Ər-Riyad”la bağlı DİA.AZ daha bir Foto-reportaj hazırlayıb. Aşağıda təqdim etdiyimiz fotolar həm “Ər-Riyad”da alverin olduğunu, həm də rəsmən qanunsuz maşın bağazırının fəaliyyət göstərdiyini təsdiqləyir. Geri qayıt |