Əsas Səhifə > Siyasət, Manşet > Qosqoca dövlətimiz adına utanc gətirən şok mənzərə

Qosqoca dövlətimiz adına utanc gətirən şok mənzərə


5-12-2014, 10:39
Qosqoca dövlətimiz adına utanc gətirən şok mənzərə
Bu günlərdə qafqaznews.org saytına müraciət edən Vətən Müharibəsi Veteranları Birliyinin sədri Firudin Məmmədov bildirmişdi ki: “ Bu yaxınlarda Qusar rayonundan olan Qarabağ veteranı Zayatdin Həsənovu Respublika xəsətxanasına yerləşdirmişdik. O, müharibədə ayağını itirib, indi isə böyrəyində problem var”.
Məmmədovun sözlərinə görə xəstəxanada həkimlər Həsənova yaxşı qulluq ediblər, ancaq xəstəxanadan çıxandan sonra Qarabağ veteranı öz hesabına dərman almalıdır : “ Bu gün bütün veteranlar bu vəziyyətdədir. Ona görə də veteranlar arasında ölüm dərəcəsi çox yüksəkdir”.
İctimai Birliyin sədri fakt kimi Qarabağ əlili Laçın Hüseynovun aqibətindən danışıb: “ O, ayağını amputasiya etdirmək üçün bankdan kredit götürdü. Heç bir hakimiyyət nümayəndəsi ona kömək eləmədi”.
Firudin Məmmədovun sözlərinə görə, bu vəziyyətdən çıxmaq üçün müharibə əlillərinin sağlamlığı sığortalanmalıdır: “ Mən bu ilin yanvar ayında nazir Səlim Müslümovla görüşümüzdə də bunu təklif elədim. Və nazir bizim təklifimizə baxacağını vəd elədi. Ancaq bugünədək Qarabağ əlillərinin sağlamlığı sığortalanmayıb”.
Qarabağ veteranı Laçın Hüseynov da deyilənləri təsdiq elədi: “ Müharibə vaxtı mənim ayağım çox ağır yaralandı. İndi çürümə getdiyi üçün ayağım amputasiya olunmalıdır. Bunun üçün bankdan 800 manat kredit götürmüşəm”.
Xatırlatma üçün bildirək ki, keçmiş SSRİ-də bütün müharibə veteranları dövlətin hesabına müalicə olunurdular.
Eyni zamanda hazırda Rusiya Federasiyasında bütün müharibə veteranları, Əfqanıstan və Çeçenistan döyüşçüləri dövlətin hesabına müalicə olunurlar.

Geri qayıt