Əsas Səhifə > Siyasət, Manşet > Deputatın şirkətində ev satanlardan xərac yığılır

Deputatın şirkətində ev satanlardan xərac yığılır


27-11-2014, 11:59
Deputatın şirkətində ev satanlardan xərac yığılır
Editor.az-ın redaksiyasına paytaxtın Xətai rayonu ərazisində, Həzi Aslanov metrostansiyasının yaxınlığında göydələnlər kompleksi inşa etdirən “Tikmat” tikinti şirkətinin fəaliyyəti ilə bağlı şikayət məktubu daxil olub.

Şikayətçi bildirir ki, altı il şirkətə məxsus binada yaşayıb: “Uzun müddətdir bu binada yaşamışam. Mənzili alanda düşünürdük ki, yeni, müasir, rahat bir evimiz olaacaq. Uzun müddət bizə mavi yanacaq vermədilər. Qışda məcbur olub mənzillərimizi elektrik sobaları ilə qızdırmalı olurduq. Nəhayət bu problem həllini tapandan sonra digər problemlərlə rastlaşdıq. Yuxarı mərtəbədə yaaşadığımız üçün liftdən istifadə edirdik. Liftlər o qədər köhnə və səliqəsiz idi ki, adam minməyə utanırdı. Bir sözlə, “Tikmat” hər şeydə pul qabağa düşməyə çalışırdı. Həyətdə maşın saxlamağa şərait yoxdur. Maşınların əlindən gəzmək olmur. Bir avtodayanacaq belə tikib, istifadəyə verməyiblər. Nəhayət bütün bunlardan bezib, evimizi satmaq qərarına gəldik. Müştəri tapdıqdan və razılaşdıqdan sonra “Tikmat” şirkətinin ofisinə üz tutduq. Burada bizdən alqı-satqı müqaviləsini tərtib etmək üçün 1000 manat pul istədilər. Təklif etdilər ki, pulun yarısını alan, yarısını isə satan ödəsin. Razılaşmaq istəmədik. Görəndə ki, öz qanunsuz tələblərində qətidilər, razılaşmaqdan savayı çıxış yolumuz qalmadı”.

Xatırladaq ki, “Tikmat” şirkətinin millət vəkili Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda rəsmi olaraq şirkətə deputatın İmişlidən olan qohumları rəhbərlik edirlər.

Qarşı tərəfi də dinləyə bilərik…

Geri qayıt