Əsas Səhifə > Siyasət, Manşet > Əbülfəs Qarayevin işçisi dövlətin tenderlərini öz şirkətinə necə qazandırır?
Əbülfəs Qarayevin işçisi dövlətin tenderlərini öz şirkətinə necə qazandırır?11-11-2014, 09:06 |
DİA.AZ: - “Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir, araşdırmır”. Bunu neçə müddətdir mətbuatda haqqını arayan YAP üzvü, GDU-nu fərqlənmə diplomu ilə bitirən, SDU-nun magistaturasını bitirmiş, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyatda olan leytenant, DQMK-nın təşkil etdiyi imtahanla Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi işləmiş, Məmmədov Şahin Şakir oğlu DİA.AZ-a yazır. Narazı vətəndaş daha sonra bildirir: “Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciət etmişəm. Həmin müraciət aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Göygöl rayon İcra Hakimiyyətindən isə həmin müraciət əsassız hesab olundu. Yalandan əvvəlki tarixdə olan müraciətin yoxlanılmasınının cavabını göndərirlər. Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. Halbuki, açıq-aydın göstərirəm ki, 1 aprel, 26 aprel 2013-cü il tarixli Əmrdən çıxarışlarda büdcə vəsaitləri artıqlaması ilə xərclənib. İnventar və avadanlıqlar bilərəkdən artıq qiymətə alınıb. Baxmırlar və baxmaq istəmirlər. Ölkə Prezidentinin göstərişlərinə əməl etmirlər. Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman idarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olar? Ceyhun Hümbətov Tarix fakultəsini bitirib ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə həmin vəzifəni tutmalıdır? Üstəlik imtahansız yerləşdirilib həmin vəzifəyə. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlu isə birbaşa imtahansız həmin vəzifəyə qəbul edilir. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir. Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də "ƏDİRƏF" MMC-nin sahibidir. "ƏDİRƏF" MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəzaiti israf edilir. Bildiyiniz kimi Dövlət Qulluğu haqqında qanuna görə dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır. Kommersiya qurumunun adı: "ƏDİRƏF" MMC Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013 Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10 MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı. Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Qanunlara hörmət etmirlər. Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən, Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnızca çilingər ixtisası almış texnikom təhsilli birisi 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin. Bunu yalnızca nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti bu faktı bilsədə Ş.Hümbətovaya heç töhmət də verməyibdir. Bütün bu göstərdiklərim faktlar Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnızca bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə idarəsi xəbərdar olsalarda heç bir tədbir görmürlər”. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |