Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Qazaxda 2-ci qrup əlilin probleminin həlli neçə müddətdir ki, düyünə düşüb

Qazaxda 2-ci qrup əlilin probleminin həlli neçə müddətdir ki, düyünə düşüb


7-11-2014, 10:26
Qazaxda 2-ci qrup əlilin probleminin həlli neçə müddətdir ki, düyünə düşüb
DİA.AZ: - Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, Mürşüdov Tural Müştab oğlu tərəfindən prezident İlham Əliyevə və daha bir neçə dövlət qurumu rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizəni diqqətinizə təqdim edirik:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan! Hal-hazırda 2-ci qrup hərbi əliləm təxris olunduqdan sonra Ağköynək bələdiyyəsinə qanuna müvafiq olaraq yaşayış yerim olmadığı üçün müracirət edib, torpaq sahəsi ilə təmin olundum. Eyni zamanda bələdiyyə tərəfindən və digər dövlət orqanları tərəfindən müvafiq sənətlərlə təmin olunmuşam, mənə ev tikmək üçün ayrılan torpaq sahəsinin hər bir dövlət və hüquqi sənətləri var. Lakin bir müddət bundan öncə mən öz torpaq sahəmdə tikinti işləri aparmaq üçün getdikdə Ağstafa sakini Mahmud adlı şəxs mənim torpağımı qanunsuz mənimsəyərək, mənim bütün sənətlərim olamasına baxmayaraq, bu torpaq sahəsi mənimdir deyir və həmin ərazini mənə hədə qorxu gələrək mənisəyib, məni öz torpağıma buraxmır. Əlavə qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə həmin torpaq Qazax rayonuna məxsusdur neçə ola bilər ki, Aqstafa sakini həmin yerə qaninsuz hökmranlıq edir. Heç bir dövlətin qanunlarına riayət etmir. Dəfələrlə də bu barədə Qazax rayon torpaq komitəsinin sədri Vəliyev Sərxana və kənd Bələdiyyə rəisi Süleymanov Salehə müraciət edirəm, mən əllilə baxmırlar, vaxtlarının olmamasını deyirlər. Sonradan mən Qazax rayonunun bütün rəhbər şəxslərinə, bələdiyyə rəisinə digər müvafiq orqanlara müraciət etdim lakin mənim müraciətimə heç baxmadı, mən hər dəfə icra məmurları ilə görüşəndə Mahmud bizi kobudcasına təhqir edir, hər dəfə bu yeri mənə Aqstafa rayon torpaq komitəsinin sədri verib və Aqstafa məhkəməsinin bu barədə hökmü var, bu kimi qalmaqalla mən öz yerimə yeyəlik edə bilmirəm, 20.09.2014-cü ildə Aqstafa rayon torpaq komitəsinin rəisi İsgəndərov Ələkbərin yanında olduq, indiyə kimi bildirmədiyi fikirləri bildirərək demişdir ki, guya həmin yerə Ağstafa məhkəməsinin qərarı var, eyni zamanda hökmdə göstərilib ki, Ağstafa rayon torpaq komitəsi 10 gün müddətinə bu barədə Apelyasiyya şikayəti verə bilər, ancaq Ələkbər müəllim bilmirdi ki, bu ərazi Qazax rayonuna məxsusdur, bu barədə Respublika torpaq komitəsinin sədri Hörmətli Qərib Məmmədova və digər orqanlara məlumat verməli idi, ancaq Ələkbər müəllim buna hansısa səbəbi bəlli olmayan işlər görərək bu barədə heç bir orqana məlumat verməmiş, nədənsə bu vəziyyətlə barışmışdır, öz yuxarı rəhbərlərinə bu barədə məlumat verməmişdir, bu da əsas bir səbəbdir, bu barədədə ciddi tədbir görülməlidir, Qeyd etmək istəyirəm ki, mənim bir çox dövlət orqanlarına müraciət etdikdən sonra Respublika torpaq komitəsindən yoxlama gəldi, həmin yoxlama Yusif adlı şəxs gəlib, Qazax, Ağstafa rayon Torpaq komitəsinin rəhbərləri ilə və bələdiyyə rəisi ilə söbət çıxıb getdilər, mənim heç bir problemlərim həll edilmədi, həttda Ağstafa rayon torpaq komitəsinin otağına məni buraxmadılar, eyni zamanda dəfələrlə Qazax, Ağstafa rayon polis bölməsinin və digər orqanların vəzifəli şəxslərinin qəbulunda olmuşam, heç bir tədbir bu günə qədər görülməyib, mənim yerin zəpt olunaraq qalmaqdadır, Ağstafa və Qazax rayon vəzifəli şəxləri Mahmud adlı şəxsdən çəkinərək heç bir qanuna uyğun tələb edə bilmirlər, mən əlil başa düşə bilmirəm ki, bu Mahmud adlı şəxs ölkəmizin qanunlarını saymırmı, onu qəbul etmirmi, bu barədə nə üçün ciddi tədbir görülmür, eyni zamanda Ağstafa rayon torpaq komitəsinin rəisi hər dəfə yoxlama gəldikdə müəyən bəhanələrlə aradan çıxır, belə rəhbər nəyə lazımdır, Ələkbər müəllim torpağı zəpt edən Mahmud adlı şəxsi daima nə səbəbdənsə müdafiə edir, mən əlilə belə haqsız münasibətə görə sonda məcbur qalıb Hörmətli Cənab Prezident Sizə müraciət edtmək qərarına gəldim. cənab Prezident Sizin nəzarətinizlə bir çox rayonlarda o cümlədən Qazax rayonunda bir çox məmurlar Sizin göstərişinizi yerinə yetirmirlər, Sizin hər bir dövlət məmuru xalqa xidmət etməlidir sözlər icra edilməyərək qalmaqdadır. Siz biz sadə vətəndaşlara dayaq olub, kömək etməyinizə baxmayaraq yerli bəzi orqanlar Sizin tələblərə riayət etmirlər.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərim barədə ciddi tədbir görülməsinə göstəriş verəsiniz və mənim torpağımın qaytarılıb özümə verilməsinə köməkdarlıq edəsiniz və sadə vətəndaşların hüquqlarının tapdalanmasına yol verməmələrinə tapşırıqlar verəsiniz”.

Geri qayıt