Əsas Səhifə > Siyasət, Manşet > Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?

Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?

17-10-2014, 09:56
Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?
Azərbaycanda özgə əmlakını zəbt eləmək prosesi davam edir.
Zəbt edənlər isə adətən icra hakimiyyətinin məmurları olur. Mülkiyyət sahiblərinin yuxarı orqanlara şikayəti isə heç bir nəticə vermir.
Belə olanda mülkiyyət sahibləri ümidini mətbuata bağlayır və üz tuturlar KİV-ə. Bu yaxınlarda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Svetlana Məmmədova küçəsi 55/57 ünvanda yaşayan Əli Əkbərov qafqaznews.org – a müraciət edib: “ Bakı ŞİH-nin maliyyə şöbəsinin müdiri Elçin Əliyevlə qonşuyuq. 2014-cü ildə Elçin Əliyev öz evini sökərək yerində 7 mərtəbəli qeyri-yaşayış binası tikməyə başladı.

Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?
Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?

Bakı ŞİH nin maliyyə şöbəsinin rəisi sahibkarlıqla məşğul olur? FOTOTikinti vaxtı Şəhərsalma Kodeksinin bütün tələbləri kobud şəkildə pozulub. Belə ki Elçin Əliyevin tikdirdiyi 7 mərtəbəli bina ilə mənim evimin arasında 1 metr məsafə var. Bu isə Şəhərsalma Kodeksinin 69-cu maddəsinə ziddir”.
Ələkbərovun sözlərinə görə, o, Elçin Əliyevlə görüşərək tikintini dayandırmağı tələb edib: “ O, gülərək mənə təklif etdi ki, evini mənə sat. Orda ikinci bina tikmək istəyirəm”.
Şikayətçi öz məktubuna Milli Avtomatlaşdırılmış Pasport Sisteminin Elçin Əliyevin Svetlana Məmmədova, 55 ünvanda yaşamasını təsdiq edən sənədi də əlavə edib.
Biz həmin əraziyə baş çəkmək qərarına gəldik. Doğrudan da Ələkbərovun evi ilə 7 mərtəbəli binanın arasndakı məsafə 1 metrdir.
Tikintinin ətradındakı plakatdan məlum olur ki, bu tikintinin sifarişçisi və podratçısı “Alpina A” MMC-dir. IMG 20140919 WA0001 resized 31 475x2661 Bakı ŞİH nin maliyyə şöbəsinin rəisi sahibkarlıqla məşğul olur?

Hacıbala Abutalıbovun işçisi dövlətin qanunlarını necə pozur?

Bu necə ola bilər ki, sifarişçi və podratçı eyni olsun..?
Suala cavab tapmaq üçün “Alpina A”-nın ofisinə müraciət etdik. Şirkətin əməkdaşı bildirdi ki, plakatda yazılanlar həqiqətə uyğun deyil, biz podratçı şirkətik, sifarişçi isə Bakı ŞİH-nin maliyyə şöbəsinin rəisi Elçin Əliyevdir”.
Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov qafqaznews.org-a bildirib ki, qanunvericilik dövlət qulluqçusunun sahibkarlıq fəaliyyətini qadağan edir, bunu pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
Samir İsmayılov onu da bildirib ki, dövlət qulluqçusunda 7 mərtəbəli bina tikmək üçün vəsait haradan ola bilər, axı onun maaşı buna imkan vermir?
Hüquq müdafiəçisi Tağı Hüseynov isə qafqaznews.org-a bildirib ki, əgər sifarişçi Bakı ŞİH-nin şöbə müdiri Elçin Əliyevdirsə, öyrənmək lazımdır ki, o, vəzifə səlahiyyətlərindən istifadə edibmi?
Hüquq müdafiəçisinin fikrincə eyni zamanda Vergilər Nazirliyi 7 mərtəbəli binanın tikintisinə xərclənən pulun mənbəyini araşdırmalıdır.

Geri qayıt