Əsas Səhifə > Siyasət, Manşet > Rəsmi Bakı Fətullah Gülən cameəsinə yeni «sürprizlər» hazırlayır - Hədəfə alınanlar sırasında İqbal Məmmədov da var
Rəsmi Bakı Fətullah Gülən cameəsinə yeni «sürprizlər» hazırlayır - Hədəfə alınanlar sırasında İqbal Məmmədov da var14-10-2014, 10:43 |
DİA.AZ: - Qardaş Türkiyədə Fətullah Gülən cameəsinə qarşı yeni təqiblər başlayıb. Belə ki, prezident seçiləndən sonra Ərdoğanın gülənçilərin üzərinə yeni həmlələr edcəyi əvvəlindən də proqnozlaşdırılırdı. Artıq bu yöndə ciddi addımlar atılıb. İllər ərzində Türkiyənin ayrı-ayrı dövlət qurumlarına siraət etməyə müvəffəq olmuş gülənçilər məhz Ərdoğanın iradəsi ilə təmizlənir. Qeyd edək ki, anoloji proses Azərbaycanda da həyata keçirilməkdədir. Doğrudur, hazırda sözügedən yöndə elə də ciddi dəyişiklik müşahidə olunmasa da, vəziyyətin heç də hazırki susqunluq şəraitində müşaiyət olunacağını demək olmaz. Xatırladaq ki, Azərbaycanda kifayət qədər ciddi mənsəb sahibi olan bir neçə məmur məhz Gülən camaatı ilə əlaqəsinə görə işdən kənarlaşdırıldı və Türkiyə, həmçinin yerli KİV-lərimizdə bu hadisə də qeyd etdiyimiz şəkildə təqdim olundu. Bundan əlavə Azərbaycan təhsilində və biznesində şəbəkələşmiş gülənçilərə ciddi zərbələrin vurulması prosesi davam etdirildi ki, nəticədə «Cağ» Öyrətimə aid liseylər əl dəyişdirdi. Bu gün gülənçilərin təhsildəki son işartılarından biri kimi diqqətə gələn «Qafqaz» Universitetinin isə «milliləşdirilməsi» işinə təkan verildi. Və proses hələ də davam edir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu dəfə Fətullah Gülənə yaxın şirkətlərin hədəfə alınması ilə yeni antinurçu dalğasına start verilə bilər. Məlumatlı mənbənin bildirdiyinə görə, artıq hədəfə alınacaq şirkətlərin siyahıları da bəllidir. Onu da qeyd edək ki, bu zaman təkcə Azərbaycanda iş görən gülənçi şirkətlər yox, həm də Azərbaycanla iş görən şirkətlər də hədəfə alınacaq. Yəni idxal-ixrac biznesində gülənçilərə aid olan şirkətlərin sıxışdırılmasına başlanılacaq. dia-az.site-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, gözlənilən dalğadan nəsibi alanlar sırasında deputat İqbal Məmmədov da var. Məlumatlı mənbə iddia edir ki, «Kaspi-Yıldız» Azər-Türk MM-in rəhbəri olan İqbal Məmmədovun nurçularla işbirliyində olması, hətta onun burada Fətullah Güləni təmsil etməsi artıq dövlətin müvafiq qurumlarının da nəzərlərini cəlb edib. Mənbəyə görə, bu səbəbdən İqbal Məmmədovun gələnilki seçkilərdə Milli Məclisin növbəti heyətinə düşə bilməyəcəyi heç şübhəsizdir: «Amma bu hamısı da deyil. Yaxın günlərdə İqbal Məmmədov könüllü şəkildə şirkətini təhvil də verə bilər». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |