Əsas Səhifə > Siyasət, Manşet > Fars-molla rejiminin Azərbaycandakı biznes şəbəkəsinə samballı zərbə hazırlanır
Fars-molla rejiminin Azərbaycandakı biznes şəbəkəsinə samballı zərbə hazırlanır10-10-2014, 10:12 |
DİA.AZ: - Adı İranın xüsusi xidmət orqanları ilə əlaqədə hallandırılan və Azərbaycanda böyük biznes şəbəkəsinə malik olan «NAB» Dış Ticaret şirkətinin sahibləri olan, əslən iranlı Oromi qardaşları təhlükədədir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan anlaşılır. Xatırladaq ki, Türkiyə vətəndaşı olmalarına rəğmən, Azərbaycanda İran sərmayəsini təmsil edən Oromi qardaşları ilə bağlı ilk səs-küylü açıqlamalar hələ məşhur «VikiLiks» təşkilatının Azərbaycanla bağlı açıqladığı məxfi sənədlər zamanı ortaya çıxdı. ABŞ-ın o zamankı səfiri Enn Dörsinin ABŞ Dövlət Departamentinə ünvanladığı məxfi qrifli sənədlərdə vurğulanırdı ki, Azərbaycanda «Bank of Baku»da payı olan və «Baku Electronics», «Hyundai Auto Azerbaijan» və digər bu kimi şirkətlərə sahiblik edən Oromi qardaşları hələ də İran kəşfiyyatı ilə əlaqədədir və bu biznes şəbəkəsi Azərbaycanda, həmçinin regionda İran casus şəbəkəsinin maliyyələşdirilməsində müstəsna mövqeyə malikdir. Qeyd edək ki, o zaman «Bank of Baku» ilə yanaşı, İran kapitalının üstünlük təşkil etdiyi «XalqBank» və «Royal Bank of Baku»nun da adları çəkilirdi. Sonuncu artıq fəaliyyətini dayandırsa da, «Bank of Baku» və «Xalq Bank» hələ də fəaliyyət göstərirlər. dia-az.site-a danışan məlumatlı mənbə iddia edir ki, artıq Oromi qardaşlarının Bakıdakı bizneslərinə birdəfəlik əl qoyulması üçün qərar verilib. Mənbə iddia edir ki, yaxın günlərdə «Baku Electronics» və «Hyundai Auto Azerbaijan» şirkətlərində vergi yoxlamaları başlayacaq. Mənbənin söylədikləri: «Burada əsas məqsəd onsuz də vergidən yayınması şübhə doğurmayan şirkətlərin fəaliyyətinin dayandırılmasıdır». dia-az.site-a daxil olan bir başqa məlumatda bildirilir ki, Azərbaycanda avtomobil bazarında xüsusi yeri olan «Hyundai Auto Azerbaijan»ın nüfuzlu məmurlarımızdan birinin kurasiyasına veriləcəyi gözlənilir. Geri qayıt |