Əsas Səhifə > Siyasət, Manşet > Qərb Azərbaycanın Qarabağ planından niyə ehtiyat edir?
Qərb Azərbaycanın Qarabağ planından niyə ehtiyat edir?25-09-2014, 10:35 |
DİA.AZ: - Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi təlim böyük rezonansa nədən olub. Bu barədə DİA.AZ-a diplomatik qaynaqlardan informasiya verilib. Xəbəri verən mənbə iddia edir ki, qardaş Türkiyəyə hətta bu təlimlərdən dolayı NATO daxilində basqılar belə var. Mənbənin dia-az.site-a söylədikləri: «Bu barədə NATO rəhbərliyi rəsmi Ankaradan hesabat tələb edib. Və Azərbaycanla birgə hərbi təlimlərin NATO-nun prinsipləri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Ankara isə Azərbaycan və Türkiyə dövlətləri arasındakı anlaşmaları, habelə NATO ölkələrinin hüquqları ilə bağlı müddəaları əsas gətirərək NATO-nun narahatçılığının anlamadığını ifadə edib». Belə bir olayın ciddi əhəmiyyətə malik olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, burada Azərbaycanın Qarabağ cəbhəsində hərbi əməliyyatları bərpa edə biləcəyi ehtimallarının yaratdığı narahatçılığın Qərbə tam hakim kəsildiyi aşkar surətdə duyulur: «Görünür ki, onlar həm də Türkiyənin Azərbaycana «F-16» qırıcı təyyarələri bağışlaya və yaxud da sata biləcəyindən ehtiyat edirlər». Geri qayıt |