Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: Amerika Azərbaycanın hərbi qüdrəti ilə bağlı kəşfiyyat məlumatları toplayıb
ŞOK: Amerika Azərbaycanın hərbi qüdrəti ilə bağlı kəşfiyyat məlumatları toplayıb24-09-2014, 10:39 |
DİA.AZ: - Ermənistan və Azərbaycanın son illərdə hərbi arsenalını gücləndirməsi Vaşinqtonun Dağlıq Qarabağda müharibə mümkünlüyü narahatlıığını gücləndirib. Bu barədə DİA.AZ-a diplomatik qaynaqlardan informasiya ötürülüb. Xəbəri verən mənbə iddia edir ki, Amerika kəşfiyyatı Azərbaycanın Rusiya ilə anlaşaraq Qarabağda hərbi əməliyyatları bərpa edəcəyi haqda informasiyalar əldə edib. “Bakı və İrəvan öz hərbi texnikaları haqqında informasiyaları son vaxtlara qədər passiv siyasət mövqeyi tutan Qərb tərəfdaşlarından məxfi saxlayırlar. 2010-cu ildə Rusiya Gümrüdəki hərbi bazasının icarə müddətini 40 ilə qədər uzadıb. Bundan dərhal sonra Azərbaycan Türkiyə ilə hərbi saziş imzalyıb. Rusiya ilk dəfədir ki, sərhədlərinə yaxın ərazidə - Azərbaycan ərazisində Türkiyə hərbçilərinin təlim keçməsini sükutla müşahidə edir. Amerika bunun nədənlərini yaxşı bilir. Artıq Azərbaycanın savaş ehtirasları Kremlin maraq dairəsindədir. Belə bir çüharibə olarsa və Azərbaycan hərb yolu ilə Qarabağı azad edərsə, o zaman Cənubi Qafqaz regionu birdəfəlik olaraq Qərbin əlindən çıxacaq. Bu isə Qərbin həm də Orta Asiyaya nüfuz etməsini də əngəlləmiş olacaq. Bunu hesablayan Amerika Qarabağda savaşın qarşısının alınması üçün bütün addımları atacaq”-deyə tanınmasını istəməyən diplomatik ekspert “DİA.AZ”-ın müxbirinə bildirib. Eyni zamanda mənbə ilginc açıqlamalar da verib: “Vaşinton peyk vasitəsilə erməni tərəfin HHM sistemi ilə bağlı çəkilmiş fotolarını təhlil edir, erməni “SKAD” raketlərini Bakının neft infrastrukturuna təhlükə kimi dəyərləndirir. Məlum mənbələr iri həcmli hərbi ləvazimatlar alındığını təsdiqləyir ki, bu da hər iki tərəfin hərbi paradlarında təsdiqini tapıb. Bundan əlavə, Ermənistan prezidenti şəxsən açıqlama verərək Azərbaycanın neft mədənlərini vura biləcəklərini ifadə etmişdi. Azərbaycan isə buna cavab olaraq, İrəvanı yer üzündən silmə gücünə malik olduğunu açıqlayıb”-deyə mənbə qeyd edir. Mənbə bildirir ki, amerikada belə bir qənaət var ki, Ermənistan savaşı elə ilk günlərdəcə uduzacaq: “İri dövlətlərə resurs nəql edə bilməyən, boru kəmərləri və boru kəmərləri marşrutları olmayan, geosiyasi üstünlükdən məhrum Ermənistan geosiyasi güc və ya silah baxımdan heç nəyə yaramır”. Mənbəyə görə, ABŞ kəşfiyyatının hazırladığı məxfi sənəddə həyəcanla qeyd olunur ki, cəbhə xəttində Azərbaycan əhəmiyyətli dərəcədə üstünlüyə malikdir və yaxşı təkşil edilmiş, əlaqələndirilmiş hücumla qısa müddətə uğurlu nəticələr əldə edə bilər. Daha sonra dia-az.site-a danışan mənbə söyləyir: “ABŞ kəşfiyyatının sənədində net şəkildə belə bir ifadə də yer alıb: “Azərbaycanın 90-cı illərdəki itkiləri milli hissinin bir hissəsidir və əvəzçıxmaya can atır”. Hər halda bu ifadənin nə demək olduğunu təxmin etmək çətin deyil”. Geri qayıt |