Əsas Səhifə > Siyasət, Manşet > Babadan nəvəsinə düşən müavinət pulunu illərdir ala bilmirlər

Babadan nəvəsinə düşən müavinət pulunu illərdir ala bilmirlər


23-09-2014, 10:16
Babadan nəvəsinə düşən müavinət pulunu illərdir ala bilmirlər
DİA.AZ: - “Sizə müraciət etməyimə səbəb odur ki, atam Qədirov Rza Təvəkkül oğlu 1993-cü ildə Əli-Bayramlı (Şirvan) Yağ-Piy ASC –də işlədiyi sexdə faciəli surətdə həlak olmuşdur. Həmin vaxtda atamın himayəsində bir az yaşlı bacım və 3 nəvısi var idi.həmin Nəvələrinin 2-si şəhid qardaşım Qədirov Mirzəxan Rza oğlunun övladları idi 1 uşaq da Mərhum qardaşım Məzahir Qədirovun idi və mən özüm 2-ci qrup əliləm”. Bu da bir nüsxəsi DİA.AZ-a daxil olan Qədirov Rafiq Rza oğlunun prezidentə ünvanladığı şikayət ərizəsindəndir.

Narazı vətəndaş daha sonra yazır:
“Möhtərəm Prezident! Yuxarıda göstərilən şəxslər Azərbaycan Respublikasının Mülki məcəlləsinin 1121 maddəsindən məhrum olublar. Aşağıdakı daha bir faktı nəzərinizə çatdırmaq məcburiyyətindəyəm. Mənim qardaşım Qədirov Mirzəxan Rza oğlu 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Qəhramancasına Şəhid olmuşdur. Bunu qeyd etməkdə məqsədim Şəhid ailəsi olmaqdan sui istifadə yox yalnız ərizəm, əlaqədar orqanların stolunun ustündə olduqda işin mənəvi tərəfini nəzərə çatdırmaqdır.

Möhtərəm Prezident! Atam R.Qədirov 1993-cü ildə vəfat etdikdən 10-il sonra - atamın ölümü nəticəsində zərər çəkmiş şəxslərin zərərin əvəzinin ödənilməsi barədə müvafiq təşkilatlara müraciət etdim.uzun süründurməçilikdən sonra həmin müavinatı bərpa etdilər. Qardaşım uşaqlarına verilirdi, lakin 2009-cu ilin yanvar ayında uşaqların müəyyən yaşları tamam olduğu üçün bizə heç bir xəbərdarlıq etmədən həmin müavinatı dayandırıblar.

Möhtərəm Prezident cavabdeh təşkilat tərəfindən ARMM-nin 1121.1.4- ci və 1121.3.2-maddələrinin tələbləri kobudcasına pozulmuşdur.Ona görə ki, həmin vaxt müavinat alan uşaqlardan biri Qədirli Ceyhun Məzahir oğlu Ali məktəbə qəbul olub və hal-hazırda ali məktəbi bitirib amma həmin müavinatın verilməsi üçün üç inistansiya məhkəməsinin qətnaməsi olsa da, müavinatı buraxmaq istəmirlər.

Bu hissəsini qısa məlumat verəcəm. Həmin işlə əlaqədar Şirvan şəhər məhkəməsinə müraciət etdik qətnamə qəbul edildi ki, bədbəxt hadisə nəticəsində Şirvan Yağ-Piy ASC ( indiki MKT_İK MMC-nin Şirvan filial)-da həlak olmuş R Qədirovun nəvəsi Qədirli Ceyhun Məzahir oğluna mərhumun aylıq ödənişi ali məktəbi bitirənədək və 23 yaşına kimi ödənilsin. Həmin Qətnaməni Şirvan Apelliyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxladı. Sonradan mənim tərəfimdən həmin ödənişin hesablanmasına dair Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim və onlar tərəfindən cavabdeh təşkilatda illər üzrə C Qədirliyə çatacaq müavinatın hesablanılması üçün göstəriş verildi. Eləcə də cavabdeh təşkilat tərəfindən 01.01.2009-cu il tarixdən 01.07.2014-cü il tarixə kimi C Qədirliyə çatacaq müavinat hesablanaraq müəyyən edildi ki, 2014-cü ilin iyul ayının 1-nədək olan məbləğ müəyyən olunub.

Bu barədə də 11 saylı regional DƏMX-nə rəsmi məktubda veriblər ki, müəssisə tərəfindən bu borc tez bir müddətdə ödəniləcək. Amma bu günə kimi min cür bəhanələr gətirərək ödəməkdən imtina edirlər.

MKT-İK MMC-nin baş direktoru Eldəniz Quliyev və MKT-İK MMC-nin Şirvan Filialının direktoru Tahir Ağayev bildirir ki,bu işlərin başında çox böyük adam oturur və o deyir ki, bu pul heç vaxt ödənilməyəcək. Mən onlara sual verdim Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşları Azərbaycan Respublikasının bütün qanunlarına riayyət etməyə borcludurlar. Bu rəhbərlər isə mənə belə cavab verdilər bizim qlavarımız belə demir.

Möhtərəm Prezident cavabdeh təşkilatın özünün tərəflərindən hesablanmış mvüavinətə dair məktubu da mövcuddur. Bu təşkilat nə mənim atamın o müəssədə faciəli surətdə yanaraq həlak olmasına, nə Şəhid ailəsi olmağımıza, nə də ki Azərbaycan Respublikasının Qanunlarına açıq şəkildə hormət etmirlər.Odur ki, son ümüdümüz olaraq Sizə inanırıq və səmimi müraciət edərək hal-hazırda iddia etdiyim MKT İK MMC –nə rəhbərlik edən bu işdə əli olan bütün rəhbər işçilərinin bizim ailəyə qarşı olan qanunazidd hərəkətlərinin qarşısının alınmasına dair və ciddi qanun pozuntusuna yol verdikləri üçün aidiəti orqanların yoxlama keçirməsinə və mənim qardaşım oğlu Qədirli Ceyhun Məzahir oğluna babası R.T. Qədirovun bədbəxt hadisə nəticəsində ölümünə görə ödəniləcək vəsaitin tez bir zamanda ödənilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Bütün maralıq tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt