Əsas Səhifə > Siyasət, Manşet > Şahin Mustafayevin yerinə kimi hazırlayırlar? - İqtisadiyyat və Sənaye Nazirliyi daxilində ilginc mənzərə
Şahin Mustafayevin yerinə kimi hazırlayırlar? - İqtisadiyyat və Sənaye Nazirliyi daxilində ilginc mənzərə22-09-2014, 09:35 |
DİA.AZ: - İqtisadiyyat və Sənaye Nazirliyində qəribə hadisələr baş verir. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir ki, Ərazilərin bərpası agentliyinin direktoru Əli Məmmədovun böyük oğlu Sahib Məmmədov 2014 cü ilin mart ayında nazir muavini təyin olundu: “Əslində burada qəribə heç nə yoxdur. Məsələ onun kim olması və hansı niyyətlə nazir muavini vəzifəsinə təyin olunmasıdır. Ata Əli Məmmədov Qərbi Azərbaycandan olan və uzun illər vəzifələrdə işləmiş və vaxtı ilə Əli İnsanovun başçılıq etdiyi Qərbi Azərbaycan qruplaşmasının aktiv üzvü olub. Əli İnsanovun formalaşdırdığı kölgə kabinetində baş nazirin tikinti üzrə muavini vəzifəsində adı keçib. Hansısa sirrli əl həmin vaxtı qoruyub. Qısa zamanda böyük dövlət sifarişləri və qaçqınlar ayrılan vəsaitlərin mənimsənilməsində aktiv iştirak edib. Mənimsənilən vəsaitlərin gücünə özünə güclü dayaq tapmaq özünü qorumaqla yanaşı çoxdan arzuladığı planları həyat keçirməyə başladı. Qısa zamanda kiçik oğlunu Suraxanı rayon polis rəisi vəzifəsinə təyin etdirdi. Mart ayında isə böyük oğlu Sahib Məmmədovu Şahin Mustafayevin muavini vəzifəsinə təyin edilməsinə nail oldu. Sahib Məmmədov vaxti ilə Azərbaycanda universitetə daxil ola bilməyən, yəni tələbə qəbulu komissiyasının testlərindən keçə bilməyən və Ukraynada hansısa universiteti bitirən (hamıya məlumdur ki, Ukraynada universitetlərə imtahanla deyil “dədə baba” qaydaları ilə girirlər) birisidir. Bütün bunlara baxmayaraq “sehrli əl”in sayəsində nazir muavini vəzifəsinə təyin olunmasına nail oldu. Bu azmiş kimi Sahib Məmmədov özunə artıq nazirlik içərisində nazirlik qurmağa başlayıb. Nizami kinoteatrının yanında neft fondunun keçmiş binası ona verilib. Hətta Şahin Musatfayevin özünə yaratmadığı şərait on yaradılıb. Təyin olunan gündən ona tabe olan şöbələri yığıb tapşırıb ki, o təkçə nazir muavini deyil, belə olsa idi nazirlikdə oturardı. Belə şəraıt ona özünü ayrıca sınamaq üçün yaradılıb. Heç kim ona yaxınlaşmasın, salam verməsin, o koridora çıxanda hamı otaqlarda olmalı, onunla koridorda və liftə üzbəüz gəlməməli, salam verməməlidir. Onun uğurlu nazir muavini olmasını təmin etmək üçün xüsusi piap qrupu işləyir. Tv-lərdə və tədbirlərdə çıxışları və musahibələri təşkil olunur. Hamıya tapşırıb ki, piar aparmaq və Tv-lərdə onun musahibəsi getməsi üçün muxtəlif təbdirlər təşkil olunsun. Məqsəd iş olması deyil. Əsas məsələ onun tv-lərdə musahibəsinin getməsidir. Sual oluna bilər, bu qədər canfəşanlığın olmasının səbəbi nədir?.. Səbəbi sadədir: Ona tapçırılıb ki, qısa zamanda özünün yaxşı rəhbər kimi cəmiyyətə təqdim edə bilsin və onu yaxın zamanlarda boşalacaq İqtisadiyyat və Sənaye naziri vəzifəsinə təyin edəcəklər. Zaman azdır, ciddi bu işlə məşgul olmaq lazımdır. Buna görə dəridən-qabıqdan çıxan Sahib Məmmədov artıq öz komandasını formalaşdırmağa başlayıb. Qəribəsi odur ki, kifayət qədər ciddi idarəetmə uslubu olan Şahin Mustafayev isə baş verənlərin müqabvilində susur, Bəlkə də taleyi ilə barışıb”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |