Əsas Səhifə > Siyasət, Manşet > Vəhabilərə ortaq olan gömrük məmurumuz kimdir – Bu sövdələşmə ona hər ay 500 min dollar qazandırır
Vəhabilərə ortaq olan gömrük məmurumuz kimdir – Bu sövdələşmə ona hər ay 500 min dollar qazandırır17-09-2014, 09:49 |
DİA.AZ: - Son aylarda Azərbaycanda ayrı-ayrı dini təriqətlərin dövlətimizi belə narahat edəcək səviyyədə problem təşkil etməsi faktı qabarıq şəkildə özünü biruzə verdi. Əslində qabaqcadan da məlum idi ki, illər ərzində ölkəmizin ərazisində xüsusi qayğı altında fəaliyyətləri müşahidə olunan vəhabilərin, nurçuların və digər bu kimi dini cərəyanların nəhayətdə Azərbaycan dövlətini qayğılandıracağı şübhəsizdir. DİA.AZ xatırladır ki, bu şübhələr artıq Azərbaycan vətəndaşlarının sədalarının Suriyadan, Əfqanıstandan, İraqdan, Pakistandan gəlməsinin ardından daha da ciddiyyət təşkil etməyə başladı. Bu bir faktdır ki, bu gün Azərbaycan vətəndaşları Suriyada hər iki səngərdə bir-birilərinə qarşı döyüşürlər. İranmeyilli dindarlarımız Bəşər Əsədin, vəhabilər isə əks qüvvələrin səngərində öz millətinin qanına susayıb. Halbuki biz illər ərzində öz dini tolerantlığımızla, xoşgörülüyümüzlə öyünmüşük. Azərbaycanda təriqət davasının imkansızlığını bəyan etmişik. Amma bu gün aydın olur ki, bütün bunlar yalançı və saxta imiş. Bu gün Azərbaycan vətəndaşları öz dini ehtiraslarından doğan düşmənçilikt şəhvətlərini başqa bir ərazidə söndürsələr də, bu təriqət toqquşmasının nəhayətdə Azərbaycanımızın hüdudları daxilində cərəyan edəcəyi də gözləniləndir. Artıq elə bir atsmosfer yaranıb ki, vəhabilər ölkənin şiə çoxluğuna düşmən kimi baxır və öz prinsiplərində şiə inancında olanların canını belə öz halalı elan edir. Eyni qaydada da İranın təsiri altında olan dindarlar vəhabilərə və digər əks-qütb təsiri bağışlayan təriqətlərə düşmən ovqatında dayanıb. Onlar Suriyada toqquşurlar, Suriyada bir-birilərini öldürürlər və onların bu düşmənçiliklərinin hüdudlarımız içinə gəlişi bizə daha ağır faciələr yaşada bilər ki, əsas narahatçılıq yaradanı da məhz budur. Nə etməli? Hər halda ilk olaraq problemin kökünü qazımağımız yerinə düşər. DİA.AZ olaraq apardığımız araşdırmalarla dövlətin müvafiq qurumlarına Azərbaycanda fəaliyyətdə olan dini təriqətlərin hansı həddə problem yaratdığını çatdırmaqla yanaşı, həm də bu problemi təşkil edənlərin qida mənbələri ilə bağlı da müəyyən bilgiləri vermək qərarına gəldik. Xatırladaq ki, bir müddət əvvəlindən vəhabilərin Azərbaycandakı biznes şəbəkələri ilə bağlı məlumat vermişdik və bildirmişdik ki, özlərini Azərbaycanda rahat hiss edən bu təhlükəli təriqət üzvləri sərmayəsiz biznes imkanlarına malikdirlər. Həmin faktları təkrar olaraq diqqətinizə təqdim edirik: “Redaksiyamız ilk olaraq Azərbaycana ən böyük bəlaları vəd etməsi şübhə doğurmayan vəhabilərlə bağlı müəyyən bilgiləri paylaşmaq qərarına gəlib. Kimdir onlar? Bunu artıq hamımız yaxşı bilirik və hətta əzbərləmişik də… İngilis kəşfiyatının zamanında Osmanlı İmperiyasına - Xilafətə və həm də bütünlükdə olaraq müsəlman dünyasına qarşı yaratdığı ən böyük silahlardan olan vəhabilik dünya durduqca ingilisin işinə yarayan bir servisdir. Azərbaycanda Küveytin və Səudiyyə Ərəbistanının hesabına var olan bu dini cərəyan nümayəndələri özlərinə sələfi-xavaric, İŞİD və s. adlar qoşsalar da, onların ümumi adı olan vəhabilik daha işləkdir və həm də mahiyyətlərində fərq olmadığından yerində işlənən ifadədədir. Onların bu gün Küveyt və Səudiyyə Ərəbistanındakı şeyxlərin himayəsində olduqları danılmaz faktdır. Arxalarında isə ABŞ, İsrail və Böyük Birtaniya kimi İSLAM DÜŞMƏNLƏRİ DAYANIR. Hətta bu gün Həcc ziyarəti biznesini əlindən vermək istəməyən bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə cənabları da vəhabilərin üzərinə ürəklə və həvəslə yeriyə bilmir. Çünki faydalanır. Onlardan faydalanan tək Qafqaz Müsəlmanları İdarəsinin sədri deyil. Ayrı-ayrı məmurlarımız da bu gün vəhabilərin Azərbaycanda barındırılmasının müqabilində verilən milyonları xərcləməkdədirlər. Yəni faydalananlar bol olsa da, itirən tək Azərbaycandır ki, bu da onların umrunda belə deyil. Yox, əgər bu ittihamlarız ən azından QMİ sədri Allahşükür Paşazadə cənablarını qane etmirsə, o zaman əks arqumentlərini buyurub ortaya qoysunlar və izah etsinlər ki, vəhabirlərə qarşı başlatdıqları kampaniyanı nədən yarıda kəsməli oldular? Vəziyyət o həddədir ki, Şeyx cənabları həm də nurçulara qarşı eyni qaydada qısır kampaniya apardı və geri çəkilmək zorunda qaldı. Gələk vəhabilərə. Azərbaycanda bu təriqət mənsubları ilə təması olan böyük əksəriyyətə onların yüksək maddi rifah halı yaxşı məlumdur. Yəni əxilərin pul kimi problemi yoxdur. İşləmədikləri halda belə gözəl, rahat həyat sürürlər. Məşhur İtaliya şirkəti Azərbaycan vəhabilərinin əsas qida mənbəyidir «Hardandır bu gözəllik» deyə soruşanlara DİA.AZ olaraq ilginc faktları təqdim edirik. Araşdırmalarımız nəticəsində ortaya çıxır ki, sən demə, Azərbaycan vəhabiləri konkret şəkildə maliyyələşmirlər və onların qidalanması üçün Bakıda ciddi bir şəbəkə qurulub. Həmin şəbəkəyə davamlı şəkildə Dubaydan, Küveytdən, Çindən və müxtəlif ünvanlardan vəhabilərin dəstəyi ilə əsasən inşaat materialları, divar kağızları, ətriyyatlar, boyalar və s. bu kimi yaxşı pulgətirən mallar göndərilir. Bu əsnada xüsusi olaraq fərqlənəni Bakıda da böyük şəbəkəyə malik olan «Zambaiti» divar kağızları firmasıdır. Məlumatlı mənbə dia-az.site-a bildirir ki, əslində bu divar kağızları birbaşa olaraq vəhabilərin Azərbaycanda maliyyələşmələrinin təşkili üçün ölkəmizə idxal olunur. Mənbəyə görə, Dubaydan göndərilən və saysız-hesabsız olan bu divar kağızlarının satışı ölkəmizdə rahat şəkildə həyata eçirilir və əldə olunan bütün vəsait Azərbaycan vəhabilərinin maliyyələşdirilməsinə sərf olunur. Mənbəmiz iddia edir ki, həta biznes maraqlarının olmaması səbəbindən, yəni geriyə - mal göndərən ünvana heç bir ödəmə zərurəti olmadığından bu divar kağızlarının nisyə satışı halında borclanan şəxs unudulur, ondan heç bir zaman pul tələb olunmur. Bu, ona görə deyil ki, vəhabilər belə xeyirxahdırlar və onlar millətə yaxşılıq edirlər. Ona görədir ki, biznes maraqları olmadığından, mayaları batmadığından heç bir mühasimabtılığı həyata keçirmirlər”. Onu da bildirək ki, DİA.AZ-a «Zambaiti» divar kağızlarının satışı ilə bəşğul olan çevrə ilə bağlı ilginc faktlar ötürülüb. Məlumatlı mənbə iddia edir ki, bu gün vəhabilərin Azərbaycanda əsas maliyyə qaynağı kimi tanınan bu şəbəkəyə Dövlət Gömrük Komitəsinin yüksək ranqlı məmurlarından biri tərəfindən dəstək verilir. Mənbə iddia edir ki, Dubaydan Azərbaycana idxal olunan «Zambaiti» divar kağızlarına görə, gömrük rüsumu rəsmən tutulmasa da, sözügedən gömrük məmuru az qala vəhabilərlə ortaq kimi davranaraq, onlardan bir aya 500 min ABŞ dolları həcmində haqq alır. Bu pul isə həmin məmurumuza Səudiyyə Ərəbistanından göndərilir. Mənbənin dia-az.site-a söylədikləri: “Sual oluna bilər: Nədən Səudiyyə Ərəbistanı elə pulu birbaşa olaraq Bakıda dəstəklədiyi vəhabilərə ptürmür? Cavabı çox sadədir: birbaşa maliyyələşmə hər zaman təhlükəli olub”. Onu da bildirək ki, artıq bu istiqamətdə dövlətin müvafiq qurumlarının da araşdırmalara başladığı haqda informasiyalar almışıq... Geri qayıt |