Əsas Səhifə > Siyasət, Manşet > “Gəncə Körpü Tikinti-l” ASC ilə bağlı prezidentə şikayət olundu

“Gəncə Körpü Tikinti-l” ASC ilə bağlı prezidentə şikayət olundu


4-09-2014, 11:29
“Gəncə Körpü Tikinti-l” ASC ilə bağlı prezidentə şikayət olundu
Redaksiyamıza Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Baş nazir A.Rəsizadəyə, Baş prokuror Z.Qaralova, Milli Məclisin sədri O.Əsədova, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri F.Məmmədova, Prezident Administrasiyasının şöbə müdiri Ə.Həsənova, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili M.Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri F.Ələsgərova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə, Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə, Ali Məhkəmənin sədri R.Rzayevə, Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevə ünvanlı müraciəti daxil olub. Müraciətdə bildirilir:

“Hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Azərbaycanın bəzi məhkəmə hakimləri öz vəzifələrindən sui-istifadə edərək, vətən uğrunda çalışan, sağlamğını itirən insanları incidirlər. Hətta şikayət əsasında verilən doğru sübut və dəlillər, qanuni sənədlər olmasına baxmayaraq, zərərçəkmiş şəxsin ziyanına qanunsuz qərarlar qəbul edirlər. Belə hakimlərdən biri də Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdur. Belə ki, mən vaxtilə Gədəbəy rayonundakı 5 nömrəli körpü idarəsində işləmişəm. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəy rayonunun Qaradağ kəndində avtomobil qəzasına uğramış və 60 faiz sağlamlığımı itirmişəm. Ancaq körpü tikinti sahəsinin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia ərizəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə və Gədəbəy rayon Məhkəməsinə müraciət edərək bildirmisdir ki, baş verən bədbəxt hadisə ilə əlaqədar Körpü-Tikinti İdarəsindən mənə verilən akt etibarsız hesab edilsin. Halbuki həmin aktı idarənin özü tərtib etmişdir.

İsaq Tomiyev bu idarənin səlahiyyətli nümayəndəsidir. Bu sənədləri özü qəsdən gizlədir. Eyni zamanda mənə idarə tərəfindən 3 il pul odənilmişdir. Əgər mənim sənədlərim saxta idisə, hansı əsasla idarə mənə pul ödəyirdi? İsaq Tomiyevin mənə qarşı qaldırdığı iddia ərizəsi tamamilə əsassızdır. Həmin aktı tərtib edənlər hal-hazırda yaşayırlar. Mən Şəmkir rayon xəstəxanasında, Kür qəsəbə xəstəxanasında yatıb müalicə almışam və verilən ilkin sənədlərin hamısı doğrudur. Eyni zamanda İsaq Tomiyev idarənin səlahiyyətli nümayəndəsi olmasına baxmayaraq, öz iddia ərizəsində qeyd edib ki, Məmmədov Məhərrəm Kərim oğlu qəzaya uğrayan zaman nə üçün polis, prokurorluq orqanları bu işə baxmayıb? İsaq Tomiyev onu da bilməlidir ki, hərbi sirri açmaq olmaz. Hərbi sirr Ali Baş Komandanın əmri, yaxud Müdafiə Nazirliyinin gostərişi ilə açılmalıdır. Eyni zamanda müharibə şəraitində sərhəd rayonunda olduğumuz üçün Tomiyev İsaq Səməd oğlunun mənə qarşı qaldırdığı iddia ərizəsi qərəzlilik və qeyri-normativ qanunlara söykənmişdir. Gəncə şəhər Körpu-Tikinti İdarəsinin səlahiyyətli nümayəndəsi İsaq Tomiyev Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə zidd olaraq iddia ərizəsi yazmışdır.

Qeyd edim ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxarmışdır. Ancaq təəssüf ki, Gəncə şəhər Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi.

Hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı şəxsi maraqları üzündən pozurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir.

Ancaq Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov 2 may 2014-cü il tarixdə kecirilən məhkəmə prosesində “Gəncə Körpü Tikinti-2” ASC-nin xeyrinə qərar verdi. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir.

Hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Sizdən xahiş edirəm, Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun öz hüquq və səlahiyyətlərindən sui-istifadə etdiyinə və mənim ziyanıma qanunsuz qərar çıxardığına görə məsuliyyətə cəlb olunması üçün müvafiq tədbir görəsiniz”. \\ tezadlar.az \\

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt