Əsas Səhifə > Siyasət, Manşet > Keçmiş icra başçılarından biri hakimiyyətin sirrlərini ifşa edir

Keçmiş icra başçılarından biri hakimiyyətin sirrlərini ifşa edir


27-08-2014, 12:33
Keçmiş icra başçılarından biri hakimiyyətin sirrlərini ifşa edir
“Rayonlarda sosial və digər problemləri həll etmək mümkündür, bunun üçün isə yerli icra nümayəndəliklərinin mərkəzi hakimiyyətdən asılılığı azaldılmalı, rayon rəhbərlərinin səlahiyyətləri artırılmalıdır”.

Bu sözləri əməkdaşımızla söhbətində adının açıqlanmasını istəməyən sabiq icra başçılarından biri deiyb.

Həmsöhbətimizin bildirdiyinə görə, sən demə, icra başçılarının sadəcə adı varmış, onların rəhbərlik etdiyi rayonları idarə etmək səlahiyyətləri isə yox səviyəsindəymiş.

Elə bu səbəbdən də rayonlarda müxtəlif problemlər həll olunmamış qalır:

“Hamıya məlumdur ki, rayonlarda müxtəlif dövlət idarələri movcuddur. Məsələn, götürək rayon mərkəzi xəstəxanasını və yaxud digər hər hansı obeykti. Vətəndaşlar həmin qurumların yarıtmaz fəaliyyətindən rayon rəhbərliyinə şikayətə gəlirlər. Bildirirlər ki, filan idarə rəhbəri vətəndaşları narazı salır, birokratik əngəllər yaradır, rüşvət alır və s. Rayon başçıları isə haqqında şikayətlər gələn həmin qurumun rəhbərliyini cəzalandıra bilmirlər. Onların gücü uzaqbaşı rayon səviyəsində keçirilən tədbirlərdə həmin şəxsi quru sözlərlə tənbeh etməyə çatır. Bu tənbehlərin isə ya qismən və müvəqqəti nəticəsi olur, ya da ümumiyyətlə olmur”.

Sabiq icra başçısı bunun səbəbini ölkədə baş alıb gedən qohumbazlıqda, yerliçilikdə, rüşvətxorluqda və bu kimi neqativ hallarda görür:

“Hər rayonda xalqına, dövlətinə kifayət qədər xidmət edə biləcək kadrlar olduqu halda icra başçıları müstəqil kadr siyasəti həyat keçirə bilmirlər.

Çünki rayon rəhbərləri dövlətin nüfuzuna xələl gətirən kadrı daha qabiliyyətli və təmiz kadrla dəyişdirmək üçün ilk öncə onun təmsil oldunduğu nazirliyə, yaxud, Prezident Aparatının müvafiq şöbəsinə məruzə etməlidir. Bir çox hallarda onlar bunu edə bilmirlər. Axı əksər məmurun arxasında ona müxtəlif səbəblərdən himayədarlıq edən biri olur”.

Həmsöhbətimizin fikrincə, rayonların idarəçiliyində əsaslı dönüş yaratmaq üçün ilk növbədə icra başçılarının müstəqil qərar qəbul etmək imkanları olmalıdır:

“Bir halda ki rayon icra başçılarını Prezident müəyyənləşdirir, onlar kadr siyasəti həyata keçirməkdə özlərini əsl siyasi iradə sahibinin təmsilçisı kimi sərbəst hiss etməlidirlər.

Prezidentin etimad göstərdiyi bu adamların müvafiq qurum və nazirliklərə yolladıqları təqdimatlar birmənalı şəkildə qəbul olunmalıdır.

Əks təqdirdə icra başçıları öz işlərini günün tələblərini uyğun qura, onlara göstərilən etimadı doğrulda bilməzlər”. infom.az

Geri qayıt