Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümovun qaydaları ancaq yetim-yesirə şamil olunur?

Səlim Müslümovun qaydaları ancaq yetim-yesirə şamil olunur?


15-08-2014, 17:10
Səlim Müslümovun qaydaları ancaq yetim-yesirə şamil olunur?
Qafqaznews.org saytının 17 iyul tarixli sayında “Butastone şirkəti bizim əmək haqqımızı vermir” başlıqlı yazı dərc olunmuşdu. Şirkətin işçiləri Pərviz Rzayev və Mübariz Tağıyevin dediklərinə görə onlar Bakı Gimnastika Arenasının tikintisində iştirak ediblər: “Bizimlə birlikdə 10 nəfər fəhlə işə qəbul olundu. Hərdən bizi gecə saat 2-yədək işləməyə məcbur edirdilər. Biz şirkətdə 6 ay işləsək də 3 ayın maaşını verdilər. Bununla bağlı şirkətin təsisçisi və direktoru Namiq Əsədova müraciət etdik , o isə bizi kabinetindən qovdu”.
Bu barədə müxbirimiz Namiq Əsədovla əlaqə saxlayanda şirkətin rəhbəri bildirib ki, fəhlələrin dedikləri həqiqətə uyğun deyil.

Səlim Müslümovun qaydaları ancaq yetim-yesirə şamil olunur?

Pərviz Rzayev və Mübariz Tağıyev redaksiyamıza bildirib ki, onlar hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə yazılı müraciət ediblər.
Əmək Müfəttişliyinin rəisi Məhərrəm Maxarov Qafqaznews.org-a bildirib ki, biz məsələni diqqətlə araşdıracağıq, əgər fəhlələri əmək müqaviləsi olmadan işlədiliblərsə, şirkəti cərimə edəcəyik.
Rəis onu da əlavə edib ki, əgər qanunsuz işlədilən fəhlələrin sayı 10-dan çox olarsa şirkətə qarşı cinayət işi qaldırılacaq.
Yuxarıda qeyd etdiyimiz kimi hüququ pozulan fəhlələr Əmək Müfəttişliyinə şikayət ediblər.
Onların şikayəti regional şöbələrdən birinin müfəttişi Hüseyn Əsgərova tapşırılıb.
Hüseyn Əsgərov müxbirimizə bildirib ki, biz şikayətlə bağlı hərtərəfli araşdırma aparırıq.
Müxbirimizin “Siz fəhlələrlə görüşmüsünüzmü”sualına Hüseyn Əsgərov belə cavab verib: “ Fəhlələrin koordinatları mənə məlum olmadığı üçün onlarla görüşməmişəm”.

Səlim Müslümovun qaydaları ancaq yetim-yesirə şamil olunur?

“Belə olan halda siz hərtərəfli araşdırmanı necə aparacaqsınız?” sualını Əmək Müfəttişliyinin müfəttişi qəribə cavablandırıb: “ Fəhlələrin koordinatlarını müəyyən etmək üçün Butastone şirkətinə müraciət etdik, ancaq onlarda da məlumat yoxdur”.
Müxbirimiz Hüseyn Əsgərova öz köməyini təklif edib: “Əgər sizə lazımdırsa, biz fəhlələrin koordinatlarını sizə verə bilərik”.
Müfəttişin cavabı isə gözlənilməz olub: “ Biz sizin köməyinizə ehtiyac görmürük”.
Baş verənlərə “Qafqaz Hüquq Mərkəzi”nin rəisi Emin Məmmədov belə aydınlıq gətirib: “Əmək müfəttişliyinin əməkdaşı bir tərəfin mövqeyi ilə kifayətlənməməlidir. Baş verənlərdən belə nəticə çıxır ki, Əmək Müfəttişliyi Butastone şirkətinin qanunsuz əməllərini ört-bastır edir”.

Geri qayıt