Əsas Səhifə > Siyasət, Manşet > Rövnəq Abdullayev hələ də “Azenerji”dən gözünü çəkməyib – ARDNŞ şefinin Pirverdiyevə qarşı həmləsi

Rövnəq Abdullayev hələ də “Azenerji”dən gözünü çəkməyib – ARDNŞ şefinin Pirverdiyevə qarşı həmləsi


14-08-2014, 10:54
Rövnəq Abdullayev hələ də “Azenerji”dən gözünü çəkməyib – ARDNŞ şefinin Pirverdiyevə qarşı həmləsi
DİA.AZ: - Hazırda iqtidar içindəki ən böyük koalisiya ARDNŞ prezidenti Rövnəq Abdullayevə qarşı qurulub. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, ARDNŞ şefini nurçu kimi hədəfə gətirənlər onun yerinə hətta kadr belə hazırlayırlar.

Başqa sözlə, indi hakimiyyət daxilində yeni düzən qurulur. Güclər nisbəti dəyişdirilir və iqtidar daxilində yüksək nüfuz və imtiyazlara sahib bəzi oliqarxların siyasi iddialarla çıxış etmək imkanları sıfıra endirilir. Elə bir-birinin ardınca bir sıra qurumların ARDNŞ prezidenti Rövnəq Abdullayevin nəzarətinə keçirilməsi də həmin prosesin tərkib hissəsidir. Bu barədə əməkdaşımızla söhbətində hakimiyyət daxilində baş verən proseslər barədə bilgili şəxs adının çəkilməməsi şərti ilə məlumat verib.

Mənbə dia-az.site-a bildirir ki, Rövnəq Abdullayev bu gün yenidən “Azərenerji” Səhmdar Cəmiyyətinin də ləğv olunaraq İstehsalat Birliyinə çevrilməsini və ARDNŞ-ə tabe etdirilməsini hədəfləyib: “Təbii ki, bu da onu hədəfdə saxlayan rəqiblərinə sərf etmir. Belə bir dəyişiklik, struktur islahatı olacaq. Amma Rövnəq Abdullayev devriləndən sonra. Rəqibləri belə planlayır. Ona görə də ARDNŞ şefinin sözügedən istəyi bütün vəchlə əngəllənir”

dia-az.site-a daxil olan son informasiyaya görə, 30 avqust tarixində tətildən qayıdacaq Milli Məclisin gündəliyinə məhz qeyd olunan struktur islahatı da salına bilər: “Rövnəq Abdullayev buna nail olacaqsa, təkcə gücünün üstünə güc qatmayacaq, həm də mövqelərini qəti şəkildə qorumuş olacaq. Odur ki, ARDNŞ şefinin Pirverdiyevə qarşı növbəti həmləsini gözləməliyik”.

Geri qayıt