Əsas Səhifə > Siyasət, Manşet > Elmar Vəliyev Gəncəni Surət Hüseynova peşkəş edib
Elmar Vəliyev Gəncəni Surət Hüseynova peşkəş edib10-08-2014, 12:20 |
DİA.AZ: - Son dövrlər yenidən siyasətə qayıdan və sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunan keçmiş baş nazir Surət Hüseynovun Gəncədə özünə təşkilat yaratdığı barədə məlumat yayılıb. Bildirək ki, zamanında böyük nüfuza malik olan Surət Hüseynova hazırda da biət edənlər var ki, bu da ciddiyə alınmalıdır. Ən azından Azərbaycan kimi həssas bölgələrin hakimiyyətləri tərəfindən. Çünki hər zaman kənar güclər üçün Surət Hüseynov tipli regional ağsaqqallar bir alət kimi cəlbedici hesab olunur. DİA.AZ-a daxil olan məlumata görə, bir neçə il bundan əvvəl qapalı şəkildə keçirilən toplantıdan sonra Surət Hüseynovun rəhbərliyi altında yeni bir təşkilatın yaradılması barədə qərar çıxarılıb. Hələlik bu təşkilat nə elan olunur, nə də üzə çıxarılır. Sanki zamanı gözlənilir. Məlumatda vurğulanır ki, Surət Hüseynovu dəstəkləyənlər arasında onun keçmiş döyüş yoldaşları, vaxtıyla onunla birlikdə işləmiş şəxslər və əslən Gəncədən olanlar var. Mənbənin iddiasına görə, həmçinin bu tərəfdarlar sırasında Gəncədə dövlət vəzifələrində çalışanlar da az deyil. Onların əksəriyyəti keçirilmiş toplantıya qatılmasalar da, öz adamları vasitəsi ilə sabiq baş nazirə dəstək vermələrinə dair mesaj göndəriblər. Onların sırasında Gəncədəki böyük Diaqnostika Mərkəzinin baş həkimi Fəxrəddin həkim, Gəncə bazarının rəhbəri və daha bir neçə tanınmış şəxslər də var. DİA.AZ-a danışan mənbə iddia edir ki, bu gün GFəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də sanki Surət Hüseynovun əlaltısına çevrilib: "Maraqlıdır ki, Bir çox qalmaqallı problemlərdə Surət Hüseynovun sözü keçərli olur ki, bu da birbaşa olaraq yerli rəhbərliyin yaratdığı şəraitdir". Bildirək ki, Qarabağda müharibə ehtiraslarının qızışdığığı bir dönəmdə Surət Hüseynov kimilərinin yenidən meydan sulamağa başlaması kifayət qədər ciddi təhlükələrdən xəbər verməkdədir. Geri qayıt |