Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümovun çətiri altında xaraba günə qoyulan Ağsu...

Səlim Müslümovun çətiri altında xaraba günə qoyulan Ağsu...


7-08-2014, 12:03
Səlim Müslümovun çətiri altında xaraba günə qoyulan Ağsu...
Vətəndaş-məmur münasibətləri hər zaman cəmiyyət üçün böyük maraq kəsb edib və bu mövzu müasir dövrümüzdə də aktuallığını qorumaqdadır. Bununla yanaşı, hüquqi dövlət quruculuğunda isə vətəndaş-məmur münasibətləri xüsusi müzakirə obyektinə çevrilib. Elə məhz bu mənada vəzifəli şəxslərin və məmurların üzərinə daha böyük öhdəlik və məsuliyyət düşür. Vəzifəli, ictimai maraq kəsb edən şəxslər, məmurlar öz davranışları və fəaliyyətləri ilə cəmiyyətə bir örnək olmalıdırlar.

Bunun əksi, yəni vəzifəli şəxslərin ictimaiyyətlə davranışlarında qeyri-etik addımlara yol verdikdə isə dövləti dəyərləri sarsılır və cəmiyyətin dövlətin başında dayanan məmurlara etimadı bir növ itir. Bu da son nəticədə hüquqi dövlətin dayaqlarının sarsılmasına gətirib çıxarmış olur. Bu gün ölkədəki mənzərəyə diqqət yetirdikdə heç də bütün məmur ordusunun davranış kodeksinə əməl etmədiyinin şahidi oluruq. Bunun nəticəsidir ki, ölkəmizdə əhali arasında vəzifəli şəxslərə münasibətdə mənfi rəy formalaşıb. Bəzi məmurların xırda insidentə görə sadə insanlara qarşı zor tətbiq etməsi, təhqirlərə yol vermələri, rəhbərlik etdiyi rayonda və yaxud müəssisələrdə özlərini hakimi-mütləq kimi aparmaları istər-istəməz cəmiyyətdə vəzifəli şəxslər barədə mənfi rəyin yaranmasına gətirib çıxarır. Bir sıra məmurlar və onların yaxınları isə gəlirlərilə tərs-mütənasib, dəbdəbəli həyat tərzi keçirirlər. Qeyd edək ki, sadaladığımız bu kimi durumlarda ən çox adı hallanan məmurlardan biri məhz Ənvər Seyidəliyevdir. Bilməyənlər üçün qeyd edək ki, Ənvər Seyidəliyev Ağsu rayon İcra Hakimiyyətinin başçısıdır. Deyilənə görə, artıq Ağsu rayonunda özbaşınalıqlar sərhəd tanımır. Bu barədə mediada da dəfələrlə tənqidi yazılar dərc olunub. Amma görünən odur ki, rayon İcra Başçısı bu durumdan heç də narahat deyil və deyilənləri, yazılanları vecinə də almır. Əgər belə olmasa idi, sakinlər rayondakı durumdan, icra başçısından bu qədər şikayətçi olmazdılar. Ənvər Seyidəliyev Ağsu rayonunun Pirhəsənli kəndindən olmağına baxmayaraq, sanki bu gün ağsululara qənim kəsilib. 1975-ci ildə Azərbaycan Politexnik İnstitunu bitirən hazırkı icra başçısı müxtəlif vəzifələrdən sonra 2007-ci ildən Cavid Qurbanovun "Azəryolservis" ASC-də idarə rəisliyindən birbaşa hazırkı vəzifəsinə gəlib. Beləliklə, Ənvər Seyidəliyev artıq 6 ildən bir az çoxdur ki, Ağsunun icra başçısı vəzifəsində çalışır. Ağsulular Ənvər Seyidəliyevi icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə işini belə, xatırlamırlar. Əldə edilən məlumatlarda qeyd olunur ki, Ənvər Seyidəliyev rayona ayaqbasdığı, hazırkı vəzifəyə gəldiyi gündən sakinlərin gününü qara edib. O yalnız öz qohumlarını ətrafına yığmaqla, bütün rayonu idarə edir. Onlardan xəbərsiz rayondan quş belə, uça bilməz. Ənvər Seyidəliyevin qəbul günləri olsa da, bu durum yalnız sözdədir. Ona görə sözdədir ki, onun qəbuluna düşmək qeyri-mümkündür. O heç bir rayon sakinini qəbul etmir və onların problemləri ilə maraqlanmır. Heç xəbəri də yoxdur ki, rayonda hansı problemlər var. Amma harada neçə obyekt var, onlardan aylıq nə qədər vəsait toplanacağını çox gözəl bilir. Rayon ərazisindəki problemlər həddindən artıq çox olsa da, həmin problemlərin çözülməsi, aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Rayonun yollarından tutmuş, hələ də qazlaşdırlmayan evlərə, uçub gedən yaşayış və məktəblərə qədər heç bir problem həllini tapmayıb. Hələ rayonun ucqar kəndlərində vəziyyət daha acınacaqlıdır. Həmin kəndlərdə həm su, həm işıq, həm də qaz problemləri var. Rayonda ciddi sosial-iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda, Ənvər Seyidəliyevin başının biznesə qarışması açıq-aydın görünür. Belə çıxır ki, sakinlərin necə yaşaması icra başçısı üçün o qədər də maraqlı deyil. Və çox güman ki, onun özünü belə aparmasında, yalnız öz mənfəəti üçün çalışmasında arxayınlaşdığı biriləri var
\\ gundelik - bakı \\
Geri qayıt