Əsas Səhifə > Siyasət, Manşet > Qərib Məmmədovun adamı Neftçalada aranı qata bilib...

Qərib Məmmədovun adamı Neftçalada aranı qata bilib...


29-07-2014, 11:15
Qərib Məmmədovun adamı Neftçalada aranı qata bilib...
Rayonun Xanqışlaq adlı məntəqəsində ara yenidən qarışıb.

Səbəb dövlətin fond torpaqlarının qanunsuz istismarı üçün müəyyənləşdirilən icarə haqqlarının artırılmasıdır.

İnfom.az-a bu barədə məlumat yerli mənbələrdən daxil olub. Məlumata görə, bu il havaların quraq keçməsi ərazidəki dəmyə əkin üçün istifadə edilən 11 ha taxılçılıq sahəsinə ciddi ziyan vurub.

Demək olar ki, bu il ərazilərdən ümumiyyətlə məhsul götürülməyib. Məlumat üçün qeyd edək ki, çoxları əkilən sahihələrdən örüş kimi istifadə edib. Əslində elə rəsmi sənədlər üzərində də bu torpaq sahələri örüş yeri kimi göstərilir.

Lakin Neftçala rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) yerli şöbəsinin sədri Mustafa Əliyevin tətbiq etdiyi yazılmamış “qanuna” əsasən hər hektara 30 manat haqq qoyulub.

Kim bu məbləği ödəsə örüş yerlərindən əkin sahəsi kimi də istifadə edə bilər. Artıq elə vəziyyət yaranıb ki, insanlar torpaq üstündə bir-birilərini öldürmək həddinə çatıblar.

Məlumata görə, icradarlar arasında dəfələrlə müxtəlif insidentlər baş verir. Lakin vəziyyətə nəzarət edən hüquq mühafizə orqanları hər dəfə müxtəlif vasitələrlə satibliyi qorumağa, tərəflər arasında müvəqqəti sakitlik yaratmağa müvəffəq olublar.

Bu dəfə isə aranın yenidən qızışmasına səbəb Mustafa müəllimin icarə haqqını 30 manatdan 40 manata qaldırmasıdır.

Özünün şəxsi obyekti kimi baxdığı örüş sahəsində rəqabət şəraiti yaratmaq məqsədilə Mustafa müəllim əraziyə yeni icarədarlar cəlb edir və bu məsələdə olduqca qərarlı görünür.

Adı çəkilən 11 min hektarlıq ərazi xeyli işbazların da diqqətini özünə cəlb edib və onların hər birinin dəmyə əkin yerində gözünün olduğu bildirilir.

Digər tərəfdən həmin ərazilərdə sovet dönəmindən bəri məskunlaşan və əkin-biçinlə eybi zamanda heyvandarlıqla məşqul olan Lerik sakinləri də var. Onlar artıq bir neçə ildir ki, Mustafa müəllimin baş ağrısna çevriliblər.

Yerli DTXK sədrinin dilə-dişə düşməsinin səbəblərindən biri də elə həmin sakinlərin arasında torpaq üstündə dava-qalmaqalların baş verməsidir.

P. S. Sözsüz ki, il ərzində təkcə bir ərazidən qanunsuz olaraq yarım milyon manata yaxın qazanc əldə edənlər onun ağrı və acısına da qatlanmalılardır.

Geri qayıt