Əsas Səhifə > Siyasət, Manşet > Kərkükdə İŞİD-in Azərbaycan türklərini qətl etməsinə göz yummalı deyilik

Kərkükdə İŞİD-in Azərbaycan türklərini qətl etməsinə göz yummalı deyilik

26-07-2014, 12:48
Kərkükdə İŞİD-in Azərbaycan türklərini qətl etməsinə göz yummalı deyilik
DİA.AZ: - Bu gün Kərkükdə, Mosulda sayları 2 milyondan artıq olan və kökəncə Azərbaycan türkü olan qardaşlarımız İŞİD vəhşiləri tərəfindən qətlə yetirilir. Onların başlarına min-bir müsibətlər gətirilir.

Biz isə susuruq.

Ankara susur… Ona görə ki, hər dönəmdə MƏZHƏBÇİLİYİ daha öndə olan türkiyəli qardaşlarımız üçün ŞİƏ MƏZHƏBİNDƏN olan kərküklü Azərbaycan türklərinin canı can hesab olunmayıb.

Bu gün Ankara Qəzzaya, Qəzzadakı ərəblərə daha çox ağlayır, can yandırır, onların yanında dayanır və hətta onları müdafiə etmək üçün Türkiyənin dövlət maraqlarını belə təhlükəyə atır, amma bunun qarşılığında canları canlarından olan milyonlarla Azərbaycan Türkünün dəhşətinə göz yumur.

Bu gün «qardaş» dediyimiz Türkiyənin bəlkə də bütün xeyriyyə təşkilatları Qəzzadakı ərəbə yardım edir, amma qapısını İŞİD dəhşətindən başını götürüb qaçanların üzünə bağlayıb. Bu gün Suriyanın savaşdan qaçan ərəbləri Türkiyədə yağ-bal içində bəsləndiyi halda Kərkükdən qaçan Azərbaycan türkləri məhz məzhəblərinin qurbanı olduqlarından qanları qanlarından olan qardaş Türkiyə türklərindən qardaşlıq görmürlər.

Maləsəf Bakı da susur…

Doğrudur, Bakı o qədər qüdrətli deyil. Amma Bakının qüdrəti çatar ki, bu gün həyatı təhlükədə olan insanlarımıza sahiblənsin. Şimali İraqdan digər Azərbaycan vətəndaşlarını çıxardığı kimi… bizim Şimali Azərbaycanın vətəndaşı olmayan, amma bizdən olan qardaşlarımızı da xilas etsin. Ən azından bu gün Azərbaycanın 100-200 min Kərküklü qardaşımıza qucaq açmasına imkanı yetər. Yəni biz o qədər qüdrətliyik.

SUSMA BAKI!!!

Onlar bizdən biridir. Bu gün bizim onlara sahib çıxmağımız lazımdır. Çünki bu bizim bir millət olaraq borcumuzdur. Yoxsa atalarımızın ruhu bizi ömür boyu təqib edəcək, içimizi yandıracaq.

Bir Kərkük bayatısını xatırladırıq:

Dolandı gün,
Döndü gün, dolandı gün.
Mən sənə daldalandım
Sənə də dolandı gün…

Elə zənn edək ki, bu gün bu sözləri Kərkükdəki qardaşlarımız öz ANA VƏTƏNLƏRİNƏ deyirlər… Onlar bizdən imdad diləyirlər… Bu gün İŞİD şərəfsizləri ordakı ana-bacılarımıza təcavüz edir, qardaşlarımızı vəhşicəsinə qətlə yetirirlər. Bu gün Kərkük də bizim üçün bir Qarabağdır... UNUTMAYAQ... SUSMAYAQ…

Geri qayıt