Əsas Səhifə > Siyasət, Manşet > Xızının icra başçısı rayonu başlı-başına buraxıb, Bakıda obyektlər ələ keçirir
Xızının icra başçısı rayonu başlı-başına buraxıb, Bakıda obyektlər ələ keçirir21-07-2014, 10:36 |
DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Qəşəm oğlu Aslanov vəzifə səlahiyyətlərini, bir dövlət məmuru olduğunu unudaraq reketliyə başlayıb. DİA.AZ-a verilən məlumata görə, bütün gününü Bakıda keçirən icra başçısı, rayonun problemləri ilə maraqlanmaqdan daha çox, şəxsi biznesini genişləndirmək, başqalarının şəxsi əmlakını ələ keçirmək istiqamətində dayanmadan çalışmaqdadır. Xızı rayonu isə Allahın ümidinə qalıb. DİA.AZ-a danışan mənbə iddia edir ki, artıq Xəzər Aslanovun Bakıda onlarla obyekti var ki, onların da əksəriyyəti məhz reketmilik yolu ilə ələ keçirilib. Xatırlayırsınızsa, hətta icra başçısının Bakının Nərimanov rayon ərazisində Fətəlixan Xoyski küçəsində, 5 saylı Şəhər Xəstəxanasının yaxınlığında yerləşən “Klub 45” restoranına göz qoyması ilə bağlı məlumatlar da bir vaxtlar yayılmışdı. DİA.AZ-a daxil olan son informasiyalara görə, Xəzər Aslanov bu günlərdə Bakıdakı çimərlik ərazilərindən biri ilə maraqlanmağa başlayıb. Mənbənin söylədikləri: “Amma bu dəfə Xızının başçısı yaman yerdə axşamlayıb. Çünki onun gözaltı etdiyi obyekt heç də xırda adamın olmayıb”. Mənbə bildirir ki, bu dəfə nüfuzlu məmurlardan birinin obyektinə tamahlanması Xəzər Aslanovun arzusunu ürəyində qoyub: “Keçən həftə hadisə baş verib. Başçı həmin obyektdə olub. Xoşuna gəlib. Sahibi ilə maraqlanıb. Ona elə bir ad deyiblər ki, bir daha söhbətə qayıtmayıb”. Geri qayıt |