Əsas Səhifə > Siyasət, Manşet > Hərbi komissarlar Arzu Rəhimovu devirmələri üçün hərəkətə keçdilər
Hərbi komissarlar Arzu Rəhimovu devirmələri üçün hərəkətə keçdilər16-07-2014, 10:41 |
DİA.AZ: - Yaradılandan sonra bir müddət fəaliyyətsiz kimi diqqəti çəkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni fəaliyyətə başladıqdan sonra daxildə narazılıq yaranmağa başlayıb. DİA.AZ-a verilən məlumata görə, artıq xidmətin rəisinə qarşı daxildə «müxalifət» də formalaşıb. Məlumatda deyilir ki, Arzu Rəhimovun rayonlara təyin etdiyi komissarların bir qismi ona qarşı birləşməyə başlayıblar. İddialara görə, bu birləşmənin səbəbkarları isə həm daxildə xidmət rəisinə qarşı olanlar, həm də kənarda onunla mübarizə aparanlardır. Belə ki, köhnə sistemdə çalışmış hərbi komissarların «krişa»ları artıq adamlarının əvvəlki səviyyədə işləyə bilmədiyini və onlara qazanc gətirmədiyini görərək, Arzu Rəhimov üçün «başağrısı» yaratmaq fikrinə düşüblər. Hətta o da deyilir ki, «müxalifət» bu yaxınlarda bir araya gələrək, bundan sonrakı mərhələdə atacaqları addımları müzakirə ediblər. Maraqlı məqam odur ki, bu prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatında olan bir neçə şəxsin də adı hallanır. Hələlik məsələ ilə bağlı dəqiqləşdirmə apardığımızdan onların adlarını açıqlamırıq. Onu da bildirək ki, yaxın günlərdə Arzu Rəhimovun «müxalifət»i olan komissarların adlarını da açıqlayacağıq. Hələlik bununla bağlı yekun dəqiqləşdirmə işləri görülür. Bu arada DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, əslində Arzu Rəhimovun işçilərinə astronomik həddə “haqq qoyması” onların xidmət rəisinə asi çıxmalarına nədən olub: “Onların əsas hədəfi Arzu Rəhimovun istefasına nail olmaqdır və hətta bu məqsədlə Prezident Administrasiyasına yazılı müraciətlər də hazırlayırlar”. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |