Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: Ermənilərlə üz-üzə olan əkin sahələrindən də rüşvət alırlar
ŞOK: Ermənilərlə üz-üzə olan əkin sahələrindən də rüşvət alırlar15-07-2014, 10:54 |
DİA.AZ: - Qazax rayon Suvarma Sistemləri İdarəsində özbaşınalıq və talançılıq baş verir. Bu iddia redaksiyamıza Qazaxdan daxil olan müraciətdə yer alıb. Narazı vətəndaşlar DİA.AZ-a yazırlar ki, idarənin müdiri Abbas Göyşov rəhbər təyin edilən kimi idarənin yanacaq məntəqəsini ləğv edərək yanacağı çənlərdə götürüb aidiyyətsiz yerlərə yönəltməklə məşğul oldu. dia-az.site-ın elektron poçtuna daxil olan informasiyada daha sonra qeyd olunur: “200 nəfərə yaxın işçi qüvvəsinə malik idarədə işçilərin çox hissəsi əməkhaqqı verilənə yaxın idarədə görünürlər. Əksəriyyətinə iş günü yazılmasına baxmayaraq, “taksi” sürücüsü kimi fəaliyyət göstərir. Hələ, dövlətə vergi də ödəyirlər. Bu onu təsdiq edir ki, Abbas Göyüşov yerində olan kadrlardan deyil. İdarənin yerlərdəki su işçiləri əhaliyə nəğd şəkildə baha qiymətə su satmaqla məşğuldur. Suvarma suyunun 1 kubu 50 qəpik olduğu halda, vətəndaşlar 1 hektar əkin sahəsini ən azından 50 manata suvarırlar. Görün ki, Abbas Göyüşovun pulunu yığıb-yığışdırmaq olarmı? Təbii ki, Su işçiləri açıq şəkildə Göyüşovun şəxsən özü ilə hesablaşırlar. Məsələn, Qazaxın ermənilərlə sərhəd kəndi olan Böyük Cəfərli kəndində 500-600 hektar əkilən kartof üçün kim inanar ki, onu əkən sahibkar suvarma üçün pulunu idarənin hesabına ödəmişdir. Alınan məlumata görə bunlar hamısı Göyüşovun şəxsi büdcəsinə daxil olur. Bundan əlavə, Abbas müəllim idarədə “mükafat əməliyyatı”nın mahir ustasıdır. O, bu yolları köhnə “partokrat” olduğu üçün əla bilir. Belə ki, yerlərdə fəaliyyət göstərən sahə rəislərinin 10 işçisindən həmişə eyni adamlara mükafat yazılaraq onlarla yarbayarı işləyir. Yəni, 7 nəfərə mükafat yazılsa da 3-nə heç vaxt yazılmır. Səbəbi isə qalan 3 nəfərin yarbayrıya razılaşmaması və “ağzı bütün” olmaması ilə əlaqələndirilir. Bu Abbas Göyüşovun öz seçimidir”. Mənbə bildirir ki, su mühərriki stansiyalarında heç bir yenilənmə aparılmadığı halda kağız üzərində 150 000 manatlıq su mühərrikləri alınmışdır: “Halbuki bu gün də sovet dönəmindən qalma mühərriklər yerində sayır. Işləməyən texnikalara mühərrik yağı və yanacaq yazılaraq onlardan gələn vəsait rahatca yeyilir. Suvarma sistemləri idarəsinə mənsub texnikalar ehtiyac olanda rəisin Çeyrançöldəki fermasında və digər şəxsi təsərrüfatında özünün “dədəmalı” kimi işlədilir. Abbas Göyüşovun idarədəki bütün əməllərindən xəbərdar olan AR Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Qazax Rayon İcra Hakimiyyətininn başçısı hələ ki, danışmamağı üstün tutublar”. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |