Əsas Səhifə > Siyasət, Manşet > Fazil Məmmədova güvənərək Şəmkiri talayan icra başçısı yaman yerdə axşamlayıb
Fazil Məmmədova güvənərək Şəmkiri talayan icra başçısı yaman yerdə axşamlayıb8-07-2014, 11:06 |
DİA.AZ: - Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov ağır günlərini yaşayır. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib. Qeyd edək ki, 2005-ci ildən Şəmkirə rəhbərlik edən Nazim Veysov Vergilər Naziri Fazil Məmmədovun çətiri altında olduğundan bu günə kimi ona «gözün üstündə qaşın var» deyən olmamışdı. Elə bunun da nəticəsidir ki, sovet dönəmində kənd təsərrüfatı ilə məşhur olan və təsərrüfatı hesabına xeyli sayda imkanlı şəxsi olan Şəmkir kimi zəngin bir rayon demək olar ki, müflisləşib. Rayondakı qaynağın dia-az.site-a bildirdikləri: «Şəmkir sovet dövründə ən zəngin rayonlarımızdan olub. Amma bu gün Fazil Məmmədov Şəmkiri elə bir hala salıb ki, rayonun sakinləri öz dolanışıqlarını ölkədən kənarda, ən yaxşı halda isə Bakıda axtarmaq zorunda qalıblar. Rayondakı bütün gəlirli yerlər, gəlir gətirən sahələr Fazil Məmmədovun və icra başçısının adamlarına məxsusdur. Şəmkir sakinləri hətta istixana biznesində belə müstəqil ola bilmirlər. Bu işlə məşğul olanlara icra başçısı tərəfindən elə bir haqq qoyulur ki, həmin şəxs də məcbur qalıb nəhayətdə Nazim Veysovun köləsinə çevrilir». Mənbə iddia edir ki, amma buna baxmayaraq rayon icra başçısı son zamanlar çətinliyə düşüb: «Buna səbəb Hesablama Palatasının rayonun maliyyə hesabatı ilə bağlı həyata keçirdiyi təftişdir. Artıq Nazim Vesyov elə bir həddə çatıb ki, ona hətta Fazil Məmmədov da kömək edə bilmir. Çünki söhbət təxminən 5 milyon manatlıq büdcə vəsaitinin mənimsənilməsindən gedir». Mənbə dia-az.site-a açıqlamasında iddia edir ki, vəziyyətdən çıxış yolu axtaran Nazim Vesyov hətta bu işlə əlaqədar özünün qurban getməməsi üçün qurbanlıq da müəyyən edib: «Başçı vəziyyətdən çıxması üçün icra hakimiyyətinin baş mühasibini qurban verəcək. Bunun üçün tədarük də görülür və ola bilsin ki, yaxın günlərdə Şəmkirin baş mühasibi Vüqar Muradov korrupsiya cinayətinə görə həbs edilsin». Mənbənin bildirdiyinə görə, başçı baş mühasibə onu yaxın günlərdə azad edə biləcəyinə də söz verib. Yəni bu yolla adamı bütün məsuliyyəti çiyinlərinə almağa razı sala bilib. Geri qayıt |