Əsas Səhifə > Siyasət, Manşet > Qarabağı işğaldan azad edə bilməyimiz üçün gözəl fürsət yaranıb

Qarabağı işğaldan azad edə bilməyimiz üçün gözəl fürsət yaranıb


7-07-2014, 10:19
Qarabağı işğaldan azad edə bilməyimiz üçün gözəl fürsət yaranıb
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, Rusiya Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün çaba sərf etməkdədir və hətta bu yolda rəsmi Bakını inandıra bilməsi naminə işğal olunmuş 3 rayonun Azərbaycana qaytarılması üçün Ermənistana təzyiqlər ediləcəyi də söylənildi.

Bununla bağlı DİA.AZ-a maraqlı informasiyalar daxil olub. Diplomatik qaynaqlardan sızan bilgiyə görə, əslində iki aydan artıqdır ki, Rusiya ilə Azərbaycan arasında intensiv danışıqlar aparılır və Azərbaycanın Putinin «SSRİ-ni bərpa planı» kimi təqdim olunan Avrasiya Birliyində təmsil olunması üçün Kremlin bir sıra güzəştlərə hazır olduğu da söylənilir.

Mənbənin dia-az.site-a bildirdikləri: «Artıq anlaşmaya tədarüklü olan tərəflər bir-birilərinə şərtlərini açıqlayıblar». Xatırladaq ki, bir neçə gün əvvəl də bu barədə informasiyanı diqqətinizə təqdim etmişdik. Amma arada danışıqların dalana dirəndiyi də iddia olunurdu və dia-az.site-a ötürülən məlumatlarda qeyd olunurdu ki, Azərbaycan qarşısında BTC-dən imtina kimi şərti irəli sürən Kreml bunun qarşılığında Qarabağın və ətraf rayonların azadlığını vəd edib.

Bunu xatırladan bilgili qaynaq redaksiyamıza verdiyi xəbərdə qeyd edir ki, artıq rəsmi Bakı Qərbin iri layihələrindən imtina etməyə hazır olduğunu Moskvanın diqqətinə çatdırıb: «Azərbaycan hətta alternativləri də dəyərləndirib. Doğrudur, BTC-dən imtina olunmur. Amma Qərbin Azərbaycanın Rusiyaya yaxınlaşacağı təqdirdə ata biləcəyi bütün addımlar, təzyiqlər barədə önləyici tədbirlər düşünülüb».

Hər halda, vəziyyətin bu şəkildə cərəyan edəcəyi belə deməyə əsas yaradır ki, artıq bizlər Qarabağın azadlığının astanasındayıq. Bunu təsdiqləyən mənbəmiz iddia edir ki, Azərbaycana Qarabağ uğrunda savaş haqqını tanıyacaq Rusiya bu müharibədə Ermənistanın yanında dayanmayacaq…

Geri qayıt