Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədovun adamına qəzəblənən Ağdaş sakinləri Ağsu-Mingəçevir yolunu bağladılar
Ziya Məmmədovun adamına qəzəblənən Ağdaş sakinləri Ağsu-Mingəçevir yolunu bağladılar4-07-2014, 10:52 |
DİA.AZ: - Ağdaşda nəqliyyat naziri Ziya Məmmədova qarşı üsyan ab-havası var. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya ötürüb. Xəbəri verən mənbə bildirir ki, rayonun Yuxarı Nemətabad kəndinin sakinləri şəxsən Ziya Məmmədovu onların həyatlarına qəsd etməkdə ittiham edirlər. Rayon sakinlərinin dia-az.site-a söylədikləri: «Yuxarı Nemətabad kəndinin üst hissəsində bir ferma tikilib və bu fermanın tullantıları, mal-qaranın təzəkli qalıqları 20 min sakinin içməli su qaynağı kimi istifadə etdiyi arxa axıdılır». Sakinlər bildirir ki, bir neçə dəfə yerli rayon rəhbərliyini və fermanın sahibini xəbərdar etsələr də, nəticəsi olmayıb: «Bu adamlar bizi məqsədli şəkildə öldürmək istəyirlər. Fermanın sahibi Ziya Məmmədovun yaxın adamıdır. Biz də birbaşa olaraq bütün bu baş verənlərin məhz Ziya Məmmədovun himayəsi altında olduğuna inanırıq». Bildirək ki, dünən narazı sakinlər etiraz olaraq bir neçə saatlıq Ağsu-Mingəçevir yolunu bağlayıblar. Etirazlar isə davam edir. Çünki problem həllini tapmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |