Əsas Səhifə > Siyasət, Manşet > Zaqatala rayon icra hakimiyyətinin maliyyə hesabatı hökuməti də dolaşığa salıb
Zaqatala rayon icra hakimiyyətinin maliyyə hesabatı hökuməti də dolaşığa salıb2-07-2014, 10:49 |
DİA.AZ: - «Zaqatala rayon icra hakimiyyətinin başçısı ilə bağlı müəmmalı durum yaranıb». Bu sözləri DİA.AZ-a verən hökumət içindəki məlumatlı mənbə iddia edir ki, Hesablama Palatasının son hesabatında böyük yeyintidə ittiham olunan Zaqatala RİH rəhbəri Mübariz Əhmədzadə təkcə özünü yox, həm də kifayət qədər yüksək vəzifə tutan qardaşı - Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də mövqelərini təhlükə altına atıb. Xatırladaq ki, bu barədə keçən günlərdə də informasiya vermişdik və bildirmişdik ki, Əhmədzadə qardaşlarının da yola salınması ilə bağlı qərar var və sadəcə olaraq bu qərarın icrası üçün iqtidar daxilində total kadr dəyişikliklərinin nəzərdə tutulduğu dönəm gözlənilir. Məlumatlı mənbə bu arada dia-az.site-a Mübariz Əhmədzadə ilə bağlı maraqlı faktları da açıqlayıb: «Əslində Zaqatala RİH-in maliyyə hesabatları ilə bağlı dolaşıq rəqəmlər yetərincədir. Çünki bu rayon həm də təbii fəlakətdən əziyyət çəkdiyindən müxtəlif qaynaqlardan maliyyəni qəbul edib ki, bu vəsaitlər də fərqli-fərqli strukturların sərəncamında olub. Elə buna görə də Zaqatala RİH rəhbəri Hesablama Palatasının iddialarında əks olunan bəzi şübhəli rəqəmlərin hesabını verməməklə yetinib. Halbuki həmin vəsaitlər də RİH-ə ayrılıb». Mənbə iddia edir ki, hələ də Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri Zaqatala RİH-lə bağlı yaranmış «dolaşıq rəqəmlər» situasiyanı araşdırmaqla məşğuldurlar. Mənbənin söylədikləri: «Araşdırmaların yekunu heç də Əhmədzadələrin xeyrinə olmayacaq. Çünki təftişdə birbaşa məqsəd Zaqatala RİH-in saxta hesabatını aşkara çıxartmaqdır». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |