Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısı pul qazana bilməsi üçün Viləş çayını yerindən oynadacaq

İcra başçısı pul qazana bilməsi üçün Viləş çayını yerindən oynadacaq


24-06-2014, 10:59
İcra başçısı pul qazana bilməsi üçün Viləş çayını yerindən oynadacaq
DİA.AZ: - Masallı rayon İcra Hakimiyyətinın başçısı Rafil Hüseynov özünə maraqlı maraqlı pul qazanma üsulu tapıb. Daha doğrusu böyük pullar əldə edə bilməsi üçün bəhanə... Bu barədə DİA.AZ-a yerli qaynaqlardan informasiya daxil olub.

Məlumatlarda bildirilir ki, Masallı RİH başçısı Rafil Hüseynov Viləş çayının Masallı şəhərinin mərkəzindən keçən hissəsində ərazinin sel və daşqın sularından mühafizəsi üçün çay yatağını dəyişdirmək istəyir. Yəni ideya kimi təqdim olunanda bu səbəb qeyd olunur: selin və daşqının qarşısının alınması... Xəbərdə deyiılir ki, çayın planlaşdırılan yeni yatağı beton məcraya salınacaq.

Yerli sakinlər isə icra başçısından fərqli olaraq əslində Azərbaycanın dövlət büdcəsini əməlli başlı xərcə salacaq bu layihə ilə bağlı fərqli düşünürlər. Bu barədə rayondakı qaynağın DİA.AZ-a spylədikləri: “Bildirək ki, rayonun Qəriblər kəndində çayın böyük su anbarı var. Bu anbar vasitəsiylə daşqınları, çayda suyun səviyyəsini tənzimləmək mümkündür.

Üstəlik, bəzi kəndlər istisina olmaqla, Viləş çayının Masallı şəhərinə indiyənədək vurduğu ziyanı kimsə xatırlamır. Sakinlər məhz buna görə də icra başçısının bu niyyətinin hansı zərurətdən doğduğunu bilmirlər”.

Söyləntilərə görə adı çəkilən lahiyənin icrasına xeyli vəsait tələb olunur. Təkcə görüləcək işlərin simeta lahiyəsi üçün 46.500 manat vəsait ayrılıb və gələcəkdə yenı çay yatağının üzərində park salınacağı günam olunur.

Məlumat üçün qeyd edək ki Viləş çayın uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını Yardımlı rayon ərazisindəki Talış dağ silsiləsinin Quludaş zirvəsindən (2203 m) alır. Yuxarı axımı Peştəsər, orta axımı Burovar silsiləsindən və axırıncı 25 km-lik məsafə isə Lənkəran düzənliyindən keçir. Başlıca qolları, sağdan Şərətük (uzunluğu 29 km), soldan Mətəli (uzunluğu 21 km) çaylarıdır. Sön mənzili Qızılağac qoruğundan keçərək Xəzər dənizinə tökülür.

Viləşçayın hövzəsində dəri, yel xəstəliklərinin müalicəsi üçün yararlı bulaqlar vardır. Çayın suyundan suvarma işlərində də istifadə edilir.

İndi isə anlaşılanı odur ki, Ana təbiətin bəxşişi olan Viləş çayı təkcə insanların rifah halının keşiyində dayanmır. Həm də icra başçısının növbəti büdcə talanı üçün də bir bəhanə rolunu oynayacaq...

Geri qayıt